• $
  • £

Dəqiqləşdirilməmiş məlumatların yayılması qəbulolunmazdır - MEDİA

Dəqiqləşdirilməmiş məlumatların yayılması qəbulolunmazdır - MEDİA
22.04.2024 17:18
Sosial şəbəkə seqmentində cəmiyyətdə tanınmış şəxslər barədə, xüsusən də onların şəxsi həyatına dair dəqiqləşdirilməmiş məlumatların yayılması ictimaiyyət tərəfindən narazılıqla qarşılanır və eyni zamanda, birmənalı qəbul olunmur.

Bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) məlumat yayıb.

Bildirilib ki, sosial şəbəkə fəalları insanların şəxsi həyatına müdaxilə kimi qiymətləndirilə biləcək və ictimaiyyəti çaşdıracaq paylaşımlar etməməli, həmçinin davranışlarını təmsil olunduqları sosial şəbəkənin etik qaydalarına uyğun tənzimləməli, yalan, dezinformasiya xarakterli məlumatların yayılmasından çəkinməlidirlər.

"Ümumiyyətlə son dövrlər peşəkar media subyektləri və jurnalistlər sosial mediada yayılan bu qəbildən olan məlumatlara jurnalistika prinsipləri baxımından yanaşaraq peşəkar davranış nümayiş etdirməkdədirlər. Qeyri-dəqiq, mənbəyi bilinməyən və ictimai fikri çaşdırmağa yönəlmiş dezinformasiyaların yayılmasının hüquqi məsuliyyət yaratdığını xatırladaraq sosial şəbəkə istifadəçilərini məsuliyyətli olmağa səsləyirik", -  məlumatda vurğulanıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şamaxıda zəlzələ olub
Cəmiyyət 23:28
Şamaxıda zəlzələ olub
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - Yenilənib
Cəmiyyət 22:19
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - Yenilənib
Ramazanın on birinci gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 21:25
Ramazanın on birinci gününün duası - İmsak və iftar vaxtı
Azərbaycandan İsrailə səfərlə bağlı təhlükəsizlik xəbərdarlığı edilib
Cəmiyyət 18:57
Azərbaycandan İsrailə səfərlə bağlı təhlükəsizlik xəbərdarlığı edilib
Rusiya vətəndaşlarını İranı Azərbaycan vasitəsilə tərk etməyə çağırıb
Cəmiyyət 16:27
Rusiya vətəndaşlarını İranı Azərbaycan vasitəsilə tərk etməyə çağırıb
AZAL Dubay, Doha, Ciddə və Təl-Əvivə uçuşları dayandırıb
Cəmiyyət 15:09
AZAL Dubay, Doha, Ciddə və Təl-Əvivə uçuşları dayandırıb
Vilayət Eyvazovun Yevlaxda vətəndaş qəbulu təxirə salınıb
Cəmiyyət 13:50
Vilayət Eyvazovun Yevlaxda vətəndaş qəbulu təxirə salınıb
Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti dayandırılıb
Cəmiyyət 13:43
Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti dayandırılıb
Martın ilk gününün hava proqnozu
Cəmiyyət 12:56
Martın ilk gününün hava proqnozu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol