• $ 1.7
  • € 2.0017
  • ₽ 0.020433
  • ₺ 0.0411
  • £ 2.3026

Şuşaya növbəti 38 ailə yola salınıb

Şuşaya növbəti 38 ailə yola salınıb
14.05.2024 09:16
Mayın 14-də Şuşaya növbəti 136 nəfər olmaqla 38 ailə köçürülüb. Bu barədə Qaçqınların və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsindən bildirilib. 
 
Bununla da Şuşaya göndərilərin sayı 224 nəfərə çatıb. 
 
Bir neçə gün öncə Şuşaya 32 ildən sonra ilk dəfə 20 ailə yola salınıb.  
 
Qarabağın işğaldan azad olunmasından sonra 2023-2026-cı illəri əhatə edən "Böyük Qayıdış" Proqramı hazırlanıb.
 
Prezident İlham Əliyev 2023-cü il oktyabrın 10-da  Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, yaxın üç ildə Qarabağa Qayıdış proqramı çərçivəsində 100 min əhalinin azad olunmuş ərazilərə köçürülməsi nəzərdə tutulub.
 
Dekabrın 12-də Qarabağ iqtisadi rayonunun xüsusi nümayəndəsi Emin Hüseynov mətbuata bildirib ki, proqram çərçivəsində 2026-ci ilə qədər Qarabağa 16 min ailənin köçürülməsi planlaşdırlıb. 


Prezidentinin Şuşada xüsusi nümayəndəliyinin baş məsləhətçisi Kənan Quliyev bildirib ki, "Böyük qayıdış” Dövlət Proqramına əsasən, Şuşada ötən ilin avqust-sentyabrdan başlayaraq 450 mənzillik 23 yaşayış binasının tikintisinə başlanılıb.
 
Şuşa 1992-ci il mayın 8-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 2020-ci il noyabrın 8-də Azərbaycan ordusu tərəfindən azad edilib. 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
III Bakı Təhlükəsizlik Forumu keçirilib - VİDEO
Cəmiyyət 18:07
III Bakı Təhlükəsizlik Forumu keçirilib - VİDEO
Экстренная посадка турецкого самолета в Баку
Cəmiyyət 18:00
Экстренная посадка турецкого самолета в Баку
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə təhlükəsiz eniş edib
Cəmiyyət 17:46
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə təhlükəsiz eniş edib
Bakı Türk Anadolu Liseyinin yeni binası istifadəyə verilib
Cəmiyyət 16:34
Bakı Türk Anadolu Liseyinin yeni binası istifadəyə verilib
Azercell istifadəçilərinə 3 aylıq pulsuz “Wolt+” abunəliyi təqdim edir!
Cəmiyyət 16:28
Azercell istifadəçilərinə 3 aylıq pulsuz “Wolt+” abunəliyi təqdim edir!
Astarada leysan torpaq sürüşməsinə səbəb olub
Cəmiyyət 16:12
Astarada leysan torpaq sürüşməsinə səbəb olub
Adnan Əhmədzadənin vəkili onun vəziyyətindən danışıb
Cəmiyyət 14:26
Adnan Əhmədzadənin vəkili onun vəziyyətindən danışıb
Bir həftədə təmizlənən minalı ərazilərin həcmi açıqlanıb
Cəmiyyət 14:18
Bir həftədə təmizlənən minalı ərazilərin həcmi açıqlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 13:05
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol