• $
  • £

Suriyanın münaqişə bölgələrinə getmiş 8 azərbaycanlı ölkəyə gətirilib

Suriyanın münaqişə bölgələrinə getmiş 8 azərbaycanlı ölkəyə gətirilib
15.05.2024 13:36
2024-cü il mayın 14-də Suriyanın münaqişə bölgələrinə getmiş 5-i uşaq və 3-ü qadın olmaqla 8 nəfər Azərbaycan vətəndaşının ölkəyə repatriasiyası həyata keçirilib. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. 

"İlk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilib.
Daha sonra İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyə Respublikasına ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin olunub.

Türkiyə Respublikasının İstanbul şəhərindəki Azərbaycan Respublikasının Baş Konsulluğu tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlarımız Azərbaycan Respublikasına qayıdış şəhadətnamələri ilə təmin olunub və onlar ölkəyə gətiriliblər.
Repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Azərbaycan Respublikasının hökuməti tərəfindən xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcək", - məlumatda qeyd olunub.










www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bunların satışı qadağandır! -AQTA-dan sahibkarlara xəbərdarlıq
Cəmiyyət 16:20
Bunların satışı qadağandır! -AQTA-dan sahibkarlara xəbərdarlıq

Sabah bəzi yerlərdə yağış və dağlıq ərazilərdə qar yağacaq -XƏBƏRDARLIQ
Cəmiyyət 16:13
Sabah bəzi yerlərdə yağış və dağlıq ərazilərdə qar yağacaq -XƏBƏRDARLIQ
Bu yolda sürət həddi müvəqqəti endirilib
Cəmiyyət 15:33
Bu yolda sürət həddi müvəqqəti endirilib
Azərbaycandakı dini konfessiya rəhbərləri ABŞ hesabatını tənqid edib
Cəmiyyət 15:29
Azərbaycandakı dini konfessiya rəhbərləri ABŞ hesabatını tənqid edib
Azərbaycanda 3 minə yaxın ailənin beşdən çox uşağı var
Cəmiyyət 13:57
Azərbaycanda 3 minə yaxın ailənin beşdən çox uşağı var
İraq hava məkanını açıb
Cəmiyyət 13:32
İraq hava məkanını açıb

52 mindən çox şagird buraxılış imtahanı verəcək
Cəmiyyət 13:22
52 mindən çox şagird buraxılış imtahanı verəcək
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 13:19
Azərbaycanda zəlzələ olub
10 yeni stansiyanın 8-də tunelqazma işlərinə ilin sonuna qədər başlanacaq
Cəmiyyət 13:07
10 yeni stansiyanın 8-də tunelqazma işlərinə ilin sonuna qədər başlanacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol