• $ 1.7
  • € 1.9952
  • ₽ 0.021757
  • ₺ 0.0425
  • £ 2.3133

Ölkə üzrə əhalinin 78%-nin internetə çıxışı var-Tural Pirverdiyev

Ölkə üzrə əhalinin 78%-nin internetə çıxışı var-Tural Pirverdiyev
16.05.2024 12:36
Hazırda ölkə üzrə əhalinin 78%-nin internetə çıxışı var. Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Aztelekom” və "Bakı Telefon Rabitəsi” MMC-nin baş direktoru Tural Pirverdiyev deyib.

"Bütün əraziləri internetlə əhatə edərək təhsil üçün imkanlar yaradırıq. GPON texnologiyası bizə yüksək sürətli internet verəcək. Hazırda 78% əhalinin internetə çıxışı var. Son 2 il ərzində bütün ölkədə internetin sürəti ortalama 92% artıb. Biz bu sürəti ilin sonuna qədər artıracayıq",- "GSMA M360 Eurasia 2024” konfransı çərçivəsində keçirilən "Artan bağlantı ehtiyacları üçün telekommunikasiya arxitekturasındakı irəliləyişlərin araşdırılması” adlı paneldə çıxışı zamanı deyib.

Bakıda 2 gün müddətinə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və "Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə "GSMA M360 Eurasia 2024” konfransı keçirilir. Konfransda rəqəmsal dövrün ən aktual tendensiyaları və süni intellektin müxtəlif sahələrə təsiri, həmçinin yaşıl texnologiyalar kimi mühüm mövzuları müzakirə edilir.
 
Gülnar Nazimqızı

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın hava proqnozu
Cəmiyyət 12:35
Sabahın hava proqnozu
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Cəmiyyət 12:10
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Şəkidə 87 yaşlı kişini elektrik cərəyanı vurub
Cəmiyyət 10:29
Şəkidə 87 yaşlı kişini elektrik cərəyanı vurub
Ötən gün qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib
Cəmiyyət 10:15
Ötən gün qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib
Bakıda avtomobil yanıb
Cəmiyyət 09:25
Bakıda avtomobil yanıb
İsmayıllıda zəlzələ baş verib
Cəmiyyət 08:58
İsmayıllıda zəlzələ baş verib
Bu ərazidə qaz olmayacaq
Cəmiyyət 22:50
Bu ərazidə qaz olmayacaq
Ermənistanın işğalı zamanı əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə veriblər – MƏHKƏMƏ
Cəmiyyət 21:38
Ermənistanın işğalı zamanı əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə veriblər – MƏHKƏMƏ
Masallıda yanğın su kəmərini zədələyib
Cəmiyyət 20:55
Masallıda yanğın su kəmərini zədələyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol