• $ 1.7
  • € 1.9945
  • ₽ 0.021237
  • ₺ 0.0398
  • £ 2.2709

Cəbrayılın dörd kəndinə 3193 sakin köçürüləcək

Cəbrayılın dörd kəndinə 3193 sakin köçürüləcək
20.05.2024 13:11
2026-cı ilə qədər Cəbrayılın Böyük Mərcanlı, Kaxulu, Sarıcallı və Maşanlı kəndlərinə ümumilikdə 3193 nəfərin köçürülməsi planlaşdırılır. Bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rzayeva deyib.
 
"2026-cı ilədək dövrü əhatə edən "Böyük Qayıdışa dair I Dövlət Proqramı”na müvafiq olaraq, Cəbrayılın Böyük Mərcanlı kəndində 149 fərdi ev tikiləcək, 542 nəfər köçürüləcək, Kaxulu kəndində 145 fərdi ev tikiləcək, 691 nəfər köçürüləcək, Sarıcallı kəndində 242 fərdi ev tikiləcək, 1016 nəfər köçürüləcək, Maşanlı kəndində isə 236 fərdi ev tikiləcək, 944 sakin köçürüləcək", - o jurnalistlərə açıqlamasında deyib. 
 
Onun sözlərinə görə, 2040-cı ilədək Böyük Mərcanlıda 6230 nəfər əhali üçün 1074 fərdi ev, Karxuluda 4428 sakin üçün 940 fərdi ev, Sarıcallıda 2360 sakin üçün 590 fərdi ev və bir neçə mərtəbəli yaşayış binalarının tikintisi layihələşdirilib. 
 
2024-cü il üçün Qarabağın 5 rayonuna məcburi köçkünlərin 30 ildən sonra ilk dəfə qaytarılması nəzərdə tutulub.
 
Bundan öncə Şuşaya ilk köç baş tutub və 224 nəfər öz torpaqlarına köçürülüb.
 
Prezident İlham Əliyev bildirib ki, 2024-cü ilin sonuna qədər 20 min məcburi köçkün öz yurdlarına qayıdacaq. 
 
Qarabağın işğaldan azad olunmasından sonra 2023-2026-cı illəri əhatə edən "Böyük Qayıdış" Proqramı hazırlanıb.
 
Prezident İlham Əliyev 2023-cü il oktyabrın 10-da  Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, yaxın üç ildə Qarabağa Qayıdış proqramı çərçivəsində 100 min əhalinin azad olunmuş ərazilərə köçürülməsi nəzərdə tutulub.
 
Dekabrın 12-də Qarabağ iqtisadi rayonunun xüsusi nümayəndəsi Emin Hüseynov mətbuata bildirib ki, proqram çərçivəsində 2026-ci ilə qədər Qarabağa 16 min ailənin köçürülməsi planlaşdırlıb. 
 
Cəbrayıl 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib, 2020-ci il sentyabrın 27-də Azərbaycan ordusunun antiterror tədbirlərindən sonra işğladan azad edilib. 

Prezident İlham Əliyev mayın 18-də Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu, Sarıcallı və Maşanlı kəndlərinin təməlini qoyub.
 
Aygün


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polis Akademiyası 525 kursant qəbulu elan edib
Cəmiyyət 10:19
Polis Akademiyası 525 kursant qəbulu elan edib
Bir gündə 30 cinayətin üstü açılıb - DİN
Cəmiyyət 10:12
Bir gündə 30 cinayətin üstü açılıb - DİN
Azərbaycan nefti ucuzlaşıb
Cəmiyyət 09:36
Azərbaycan nefti ucuzlaşıb
Bakının iki rayonunda qaz olmayacaq
Cəmiyyət 09:30
Bakının iki rayonunda qaz olmayacaq
İşğaldan azad edilmiş ərazilərə 57 ailə köçürülüb
Cəmiyyət 09:14
İşğaldan azad edilmiş ərazilərə 57 ailə köçürülüb
İran və Rusiya TRIPP-ə qarşı çıxır, millət vəkilləri qaçılmaz olduğunu bildirir
Cəmiyyət 20:31
İran və Rusiya TRIPP-ə qarşı çıxır, millət vəkilləri qaçılmaz olduğunu bildirir
Göygöldə küçədən kişi meyiti tapılıb
Cəmiyyət 20:06
Göygöldə küçədən kişi meyiti tapılıb
Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub
Cəmiyyət 20:05
Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub
Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb
Cəmiyyət 20:00
Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol