Yevlaxda Qarabağ kanalının bəndi uçub, ətraf əraziləri su basıb

Yevlaxda Qarabağ kanalının bəndi uçub, ətraf əraziləri su basıb.
APA xəbər verir ki, Qarabağ su kanalının Yevlax rayonunun Kolanı kəndindən keçən hissəsində bəndin bir hissəsi uçub. Nəticədə ətraf ərazilər subasmaya məruz qalıb.Yaxınlıqda olan taxıl və otlaq sahələri su altında qalıb. Qarabağ suvarma kanalı istismar idarəsinin rəisi Şakir İmanov bildirib ki, hazırda ərazidə bənd bərkitmə işləri sürətlə aparılır və axşam saatlarına qədər iş başa çatacaq:
Qurumun rəsmisi onu da deyib ki, məcrasından çıxan su, kanalın mühafizə zolağın aşmayıb: "Yaxınlıqda olan taxıl sahəsinin 20 metr məsafəsinə su dolub. Həmin ərazi də Qarabağ kanalının mühafizə zolağıdır. Bizim idarənin balansında olan torpaqdır".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 