• $
  • £

Azərbaycanda orta əmək haqqı 9,4% artıb

Azərbaycanda orta əmək haqqı 9,4% artıb
11.07.2024 14:17
2024-cü ilin ilk 5 ayında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin uyğun dövrü ilə müqayisədə  9,4 % artaraq 1 003,3 manat təşkil edib. Bu barədə  Dövlət Statistika Komitəsi (DSK) məlumat verib. 
 
Yüksək əmək haqqı əsasən  iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, həmçinin nəqliyyat və anbar təsərrüfatı sahələrində qeyə alınıb. 
 
2024-cü il iyunun 1-ə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1749,4 min nəfər olub. Onlardan 893,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 856,3 min nəfəri isə qeyri-dövlət sektorunda çalışıb. 

Muzdla işləyənlərin 18,9 faizi təhsil, 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,8 faizi sənaye, 8,4 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,8 faizi tikinti, 6,4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 faizi maliyyə və sığorta fəaliyyəti, 14,5 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub. 
 
N.Təbrizli


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Azər Qasımlıya 12 il həbs cəzası verilib
Cəmiyyət 16:33
Azər Qasımlıya 12 il həbs cəzası verilib

Keçən il Azərbaycanda vərəmə yoluxan uşaqların sayı açıqlanıb
Cəmiyyət 15:56
Keçən il Azərbaycanda vərəmə yoluxan uşaqların sayı açıqlanıb
Dubayda xəsarət almış Azərbaycan vətəndaşı bu gün xəstəxanadan buraxılıb
Cəmiyyət 15:35
Dubayda xəsarət almış Azərbaycan vətəndaşı bu gün xəstəxanadan buraxılıb
Bu məktəbə lisey statusu verilib
Cəmiyyət 14:47
Bu məktəbə lisey statusu verilib

Rusiya İrana Azərbaycan ərazisindən humanitar yardım göndərib
Cəmiyyət 14:09
Rusiya İrana Azərbaycan ərazisindən humanitar yardım göndərib
Deputat təklif edir ki, arıçılıqla bağlı yeni mexanizmlər hazırlansın
Cəmiyyət 13:18
Deputat təklif edir ki, arıçılıqla bağlı yeni mexanizmlər hazırlansın
Azərbaycanda unun son topdansatış qiymətləri açıqlanıb
Cəmiyyət 12:58
Azərbaycanda unun son topdansatış qiymətləri açıqlanıb
Nə üçün sitrus meyvələri hələ də Avropa bazarlarına çıxmır? - Deputat
Cəmiyyət 12:55
Nə üçün sitrus meyvələri hələ də Avropa bazarlarına çıxmır? - Deputat
Deputat: Süni intellekt xidmətləri sadə fermerlərə kifayət qədər çatmır
Cəmiyyət 12:45
Deputat: Süni intellekt xidmətləri sadə fermerlərə kifayət qədər çatmır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol