• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Fransa Poleneziyada nüvə sınaqları keçirir

Fransa Poleneziyada nüvə sınaqları keçirir
22.07.2024 11:24
Fransa müstəmləkədə saxladığı Polineziyada  30 ildən çoxdur nüvə sınaqları keçirir və bu sınaqlr ekologiyaya ziyan vurur, əhalinin sağlamlığına mənfi təsir edir. Bu barədə BMT eksperti Karlayl Korbin Şuşa Qlobal Media forumu çərçivəsində "Fransız Kolonializminin Təkamülü: Siyasi və Konstitusional Tədqiqat” adlı hesabatın təqdimatı zamanı bildirib. 

"Bütün bunlara görə , Fransa kompensasiya verməlidir. Lakin Fransa hakimiyyəti bundan qəti şəkildə imtina edir" - o deyib.
 
140 səhifəlik "Fransız Kolonializminin Təkamülü: Siyasi və Konstitusional Tədqiqat” adlı hesabatda Fransanın keçmiş və hazırkı koloniyaları – Vyetnam, Əlcəzair, Yeni Kaledoniya (Kanaki), Fransız Polineziyası (Maohi Nui), Saint Martin, Saint Barthelemy, Mayotte (Qəmər Adaları İttifaqının ərazisi hesab olunur), Reunyon, Martinik, Qvadelupa və Fransız Qvianasının kolonizə edilməsinin tarixçəsi, habelə Fransanın hazırki kolonial siyasəti barəsində məlumat verilib.
 
O, bildirib ki,  Kaledoniyada hazırda baş verənlər kolonial siyasətinin davam etdiyini sübut edir.
 
Korbinin sözlərinə görə, Yeni Kaledoniyada hazırda cərəyan edən proseslərin kökündə hazırki Fransa Prezidenti Emmanuel Makronun yerli əhalinin dekolonizasiya prosesi ilə əlaqədar tələblərinə göz yumması, öz siyasi kolonial siyasətini zorla irəlilətmək istəyi olub. 

N.Təbrizli


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Dənizdə batma təhlükəsində olan şəxs xilas edilib - Video
Cəmiyyət 15:10
Dənizdə batma təhlükəsində olan şəxs xilas edilib - Video
Bakıda ağacı avtobusun üzərinə aşırdı - Video
Cəmiyyət 14:15
Bakıda ağacı avtobusun üzərinə aşırdı - Video
Qazaxda minik avtomobili aşıb, ölən var
Cəmiyyət 13:39
Qazaxda minik avtomobili aşıb, ölən var
Yağış yağacaq, yüksək dağlıq ərazilərə dolu düşəcək - Sabahın havası
Cəmiyyət 12:33
Yağış yağacaq, yüksək dağlıq ərazilərə dolu düşəcək - Sabahın havası
Laçında yük maşını dərəyə aşıb
Cəmiyyət 10:49
Laçında yük maşını dərəyə aşıb
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:32
Faktiki hava açıqlanıb
Kürdəmir sakinini qatar vuraraq öldürüb
Cəmiyyət 09:52
Kürdəmir sakinini qatar vuraraq öldürüb
Binəqədidə sexdə yanğın olub
Cəmiyyət 09:29
Binəqədidə sexdə yanğın olub
Binəqədidə sexdə yanğın olub
Cəmiyyət 09:29
Binəqədidə sexdə yanğın olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol