• $ 1.7
  • € 1.9875
  • ₽ 0.021063
  • ₺ 0.0395
  • £ 2.2958

Şükürbəyli kəndində fərdi evlərin tikilməsinə nə qədər vəsait xərclənəcək? - Tender

Şükürbəyli kəndində fərdi evlərin tikilməsinə nə qədər vəsait xərclənəcək? - Tender
24.07.2024 15:25
Cəbrayıl rayonunun 1042 ailəlik (birinci yaşayış - 635 ailəlik) Şükürbəyli kənd yaşayış məntəqəsinin salınması ilə birlikdə 60 fərdi yaşayış evinin tikintisinə 9.208.672,39 AZN vəsait xərcləyəcək. Bu barədə tenderlərlə bağlı rəsmi elan saytında məlumat paylaşılıb. 
 
Tenderin qalibi "HERMES-S" MƏNZİL-TİKİNTİ KOOPERATİVİ şirkətidir. 
 
Cəbaryılın Şükürbəyli kəndinə birinci mərhələdə 635 ailə köçürüləcək. Ümumilikdə kəndə 1042 ailəlin köçürülməsi planlaşdırılır. 
 
2026-cı ilə qədər Cəbrayılın Böyük Mərcanlı, Kaxulu, Sarıcallı və Maşanlı kəndlərinə ümumilikdə 3193 nəfərin köçürülməsi planlaşdırılır. 
 
2024-cü il üçün Qarabağın 5 rayonuna məcburi köçkünlərin 30 ildən sonra ilk dəfə qaytarılması nəzərdə tutulub.
 
Prezident İlham Əliyev bildirib ki, 2024-cü ilin sonuna qədər 20 min məcburi köçkün öz yurdlarına qayıdacaq. 
 
Qarabağın işğaldan azad olunmasından sonra 2023-2026-cı illəri əhatə edən "Böyük Qayıdış" Proqramı hazırlanıb.
 
Prezident İlham Əliyev 2023-cü il oktyabrın 10-da  Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, yaxın üç ildə Qarabağa Qayıdış proqramı çərçivəsində 100 min əhalinin azad olunmuş ərazilərə köçürülməsi nəzərdə tutulub.
 
Dekabrın 12-də Qarabağ iqtisadi rayonunun xüsusi nümayəndəsi Emin Hüseynov mətbuata bildirib ki, proqram çərçivəsində 2026-ci ilə qədər Qarabağa 16 min ailənin köçürülməsi planlaşdırlıb. 
 
Cəbrayıl 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib, 2020-ci il sentyabrın 27-də Azərbaycan ordusunun antiterror tədbirlərindən sonra işğladan azad edilib. 

Prezident İlham Əliyev mayın 18-də Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu, Sarıcallı və Maşanlı kəndlərinin təməlini qoyub.
 
Gülnar Nazimqızı 
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı-Tehran-Bakı reysi ləğv edilib
Cəmiyyət 15:16
Bakı-Tehran-Bakı reysi ləğv edilib
Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Özbəkistana təhvil verib
Cəmiyyət 14:27
Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Özbəkistana təhvil verib
BMT 2026-cı ildə Azərbaycanda iqtisadi artımı 2,7% proqnozlaşdırır
Cəmiyyət 14:14
BMT 2026-cı ildə Azərbaycanda iqtisadi artımı 2,7% proqnozlaşdırır
Şura bu kanalları cəzalandırıb
Cəmiyyət 13:58
Şura bu kanalları cəzalandırıb
Bakı-Moskva-Bakı marşrutu üzrə bəzi reyslər ləğv olunub
Cəmiyyət 13:46
Bakı-Moskva-Bakı marşrutu üzrə bəzi reyslər ləğv olunub
Mübariz Mənsimov haqqında yayılan iddialara cavab verib
Cəmiyyət 13:15
Mübariz Mənsimov haqqında yayılan iddialara cavab verib
Sabah Bakıda yağış gözlənilir - Proqnoz
Cəmiyyət 13:10
Sabah Bakıda yağış gözlənilir - Proqnoz
Ağdərəyə ilk dəfə 89 ailə köçürülüb
Cəmiyyət 12:50
Ağdərəyə ilk dəfə 89 ailə köçürülüb
THY İstanbul-Tehran uçuşlarını etirazlar səbəbindən ləğv edib
Cəmiyyət 12:35
THY İstanbul-Tehran uçuşlarını etirazlar səbəbindən ləğv edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol