• $
  • £

Əziz Əlibəylinin deputat Sevinc Hüseynovaya rəqib olması təsdiqləndi

Əziz Əlibəylinin deputat Sevinc Hüseynovaya rəqib olması təsdiqləndi
02.08.2024 11:47
Sosial Tədqiqatlar Mərkəzinin Media və Kommunikasiya Departamentinin rəhbəri Əziz Əlibəyli 104 saylı Gədəbəy seçki dairəsindən namizədliyi təsdiq olunub. Bu barədə Əlibəyli öz sosial hesabında paylaşım edərək yazıb. 

"Deputatlığa namizədliyimiz qeydə alındı.
Bu vəsiqə Cənab Prezidentin müəyyən etdiyi "Yeni Vizyon" yolunda birgə əməyin nəticəsidir: Həm komandamızın üzvlərinin, həm də imzası ilə bizə könül verənlərin...",- o qeyd edib.

Hazırda həmin dairənin deputatı Sevinc Hüseynovadır. 


Bir neçə gün öncə Yeni Azərbaycan Partiyasının təqdim olunan siyahında 104 saylı Gədəbəy seçki dairəsindən Sevinc Hüseynovanın namizədliyi yenidən təqdim olunub. 

 

Əziz Əlibəyli 5 ildən çoxdur Sosial Tədqiqatlar Mərkəzində çalışır. Bununla yanaşı Əlibəyli həmçinin beynəxalq şərhçi kimi fəaliyyət göstərir. 

İndiyədək 481 nəfərin namizədliyi rəsmən qeydə alınıb, onlardan 459 nəfərin namizədliyi 25 siyasi partiya tərəfindən irəli sürülüb, qalanları isə özünün namizədliyini irəli sürüb. Ölkədə qeydiyyatdan keçmiş 26 siyasi partiyadan yalnız biri - müxalif Azərbaycan Xalq Cəbhəsi partiyası parlament seçkilərində iştirakdan imtina edib.

Azərbaycan parlamentinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-də keçiriləcək. Azərbaycan Respublikasının Konstitusiyasına görə, bu seçkilər  cari ilin noyabrının birinci həftəsində baş tutmalı idi. Amma ölkənin COP-29-a ev sahibliyi etməsi səbəbindən seçkilərin tarixi dəyişdirilib.
 
 
Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsü Milli Məclisin YAP-dan olan deputatlarından gəlib. 
 
Növbədənkənar parlament seçkilərində seçkiqabağı təşviqatın aparılmasına 9 avqustda başlanacaq, 31 avqust saat 8:00-da seçkiqabağı təşviqat dayandırılacaq.
 
Gülnar Nazimqızı 
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda daha bir ərazidə sürüşmə olub
Cəmiyyət 15:07
Bakıda daha bir ərazidə sürüşmə olub
Sabahın hava proqnozu
Cəmiyyət 13:25
Sabahın hava proqnozu
Binəqədi rayonunda evlərdən 10 min manatlıq oğurluq edən şəxs saxlanılıb
Cəmiyyət 12:56
Binəqədi rayonunda evlərdən 10 min manatlıq oğurluq edən şəxs saxlanılıb
Masazırda iki qadın qətlə yetirilib
Cəmiyyət 12:31
Masazırda iki qadın qətlə yetirilib
Tərtərdə 7 yaşlı uşaq kanalda boğulub
Cəmiyyət 12:10
Tərtərdə 7 yaşlı uşaq kanalda boğulub
Paytaxtin qəsəbələrində iməcilik keçirilib
Cəmiyyət 11:40
Paytaxtin qəsəbələrində iməcilik keçirilib
Naxçıvan şəhərinin bəzi ərazilərində işıq olmayacaq
Cəmiyyət 10:32
Naxçıvan şəhərinin bəzi ərazilərində işıq olmayacaq
Yanğın təhlükəli avtomobil təmiri sexinin fəaliyyəti dayandırılıb
Cəmiyyət 10:08
Yanğın təhlükəli avtomobil təmiri sexinin fəaliyyəti dayandırılıb
Saatlıda narkotik və spirtli içki təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıb
Cəmiyyət 09:45
Saatlıda narkotik və spirtli içki təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol