Oğuzda 2 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb

Oğuzda azyaşlı bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
"Qafqazinfo”nun məlumatına görə, hadisə Oğuz şəhər ərazisindəki yaşayış evlərindən birində baş verib.
2022-ci il təvəllüdlü Məmmədov Məhəmməd Nicat oğlunun yaşadığı evdə yıxılaraq başı stula dəyib. Azyaşlı Bakı şəhəri Əbülfəz Qarayev adına 2 nömrəli uşaq xəstəxanasına yerləşdirilib.
www.anews.az