• $
  • £

Füzulidə bərpa işlərinin aparılmasına 5 milyon manatdan çox vəsait xərclənəcək - Tender

Füzulidə bərpa işlərinin aparılmasına 5 milyon manatdan çox vəsait xərclənəcək - Tender
08.08.2024 16:09
Füzulinin Pirəhmədli kəndinin tikintisi layihəsi çərçivəsində şaquli planlaşdırma və söküntü işlərinin satın alınması xidmətinə 5.691.210,64 AZN vəsait xərclənəcək. Bu barədə tednerlərlə bağlı rəsmi elan saytında məlumat yerləşdirilib. 
 
Tenderin qalibi REAL-İNŞAAT  MMC-dir. 
 
Şirkət 2002-ci il dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 220 manatdır. 
 
"Böyük Qayıdış" Proqramı çərçivəsində 2026-ci ilin sonuna kimi Füzuli şəhəri və 10 kəndin bərpa olunması və təhvil verilməsi nəzərdə tutulub.
 
Dekabrın 12-də Qarabağ iqtisadi rayonunun xüsusi nümayəndəsi Emin Hüseynov mətbuata bildirib ki, proqram çərçivəsində 2026-ci ilə qədər Qarabağa 16 min ailənin köçürülməsi planlaşdırlıb. 
 
Prezident İlham Əliyev oktyabrın 10-da  Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, yaxın üç ildə Qarabağa Qayıdış proqramı çərçivəsində 100 min əhalinin azad olunmuş ərazilərə köçürülməsi nəzərdə tutulub. 

1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Füzuli 2020-ci ilin oktyabrında işğaldan azad olunub.

Füzuli Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir.
 
Gülnar Nazimqızı  




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 19:58
Sabah bu ərazilərdə qaz olmayacaq
Ağdaşda 28 yaşlı qadın itkin düşüb
Cəmiyyət 19:31
Ağdaşda 28 yaşlı qadın itkin düşüb
Bulvarda Milli Etalon Vaxtı göstərilir
Cəmiyyət 18:23
Bulvarda Milli Etalon Vaxtı göstərilir
Biləsuvarda sahibsiz it 10 yaşlı uşağı dişləyib
Cəmiyyət 18:07
Biləsuvarda sahibsiz it 10 yaşlı uşağı dişləyib

Dövlət qulluğu üzrə növbəti test imtahanlarının tarixi açıqlandı
Cəmiyyət 17:53
Dövlət qulluğu üzrə növbəti test imtahanlarının tarixi açıqlandı
Bakıda və bəzi bölgələrdə külək güclənəcək -XƏBƏRDARLIQ
Cəmiyyət 17:17
Bakıda və bəzi bölgələrdə külək güclənəcək -XƏBƏRDARLIQ
Aprelin ilk ongünlüyündə hava şəraiti qeyri-sabit olacaq
Cəmiyyət 17:00
Aprelin ilk ongünlüyündə hava şəraiti qeyri-sabit olacaq
Sabahdan Bakıdakı bağçalarda müəllimlərin yerdəyişməsi müsabiqəsi başlayır
Cəmiyyət 16:19
Sabahdan Bakıdakı bağçalarda müəllimlərin yerdəyişməsi müsabiqəsi başlayır
Dünyada hər 4 uşaqdan biri kitab oxuya bilmir - Azərbaycanda vəziyyət necədir?/Şərh
Cəmiyyət 15:48
Dünyada hər 4 uşaqdan biri kitab oxuya bilmir - Azərbaycanda vəziyyət necədir?/Şərh
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol