• $ 1.7
  • € 2.0054
  • ₽ 0.021663
  • ₺ 0.0427
  • £ 2.3364

İctimai kanal 3 min manat cərimə olunub

İctimai kanal 3 min manat cərimə olunub
15.08.2024 14:37
İctimai Televiziya və Radio Yayımları Şirkətinin "İTV" televiziya redaksiyasının (kanalının) efirində 04 may 2024-cü il tarixdə 13.00–13.24 saat aralığında yayımlanmış "1 şəhər və 24 saat" proqramında qanunvericiliyin tələblərinin pozulması faktı aşkarlanıb.

Həmin proqramın yayımı zamanı aparıcının masa üzərindəki alkoqollu içkinin xüsusiyyətlərini təsvir etməsi və həmin şəhərə gələndə onun içilməsini tövsiyə etməsi faktı "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Qanunun 4.2.3-ci maddəsində öz əksini tapmış "uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən informasiya" olmaqla uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyaya aiddir. Həmin Qanunun 9.3-cü maddəsinə uyğun olaraq "18+" yaş kateqoriyasına aid informasiya məhsulu televiziya və radio vasitəsilə yayımlanarkən bu informasiya məhsulunun yaş kateqoriyası haqqında xəbərdarlıq televiziya yayımı zamanı işarə, radio yayımı zamanı isə səsləndirmə ilə həyata keçirilir.

"İTV" televiziya redaksiyası proqramın yayımı zamanı qeyd olunan qanunvericilik tələblərinə riayət etməmiş və bununla da, "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri pozulmuşdur. Bununla bağlı, Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən 02 avqust 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinin tələbləri nəzərə alınaraq müvafiq məhkəməyə göndərilmişdir. 13 avqust 2024-cü il tarixində Yasamal Rayon Məhkəməsində işə baxılmış və məhkəmənin müvafiq qərarı ilə İctimai Televiziya və Radio Yayımları Şirkəti üç manat məbləğində cərimə edilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Faktiki hava açıqlanıb
Cəmiyyət 19:23
Faktiki hava açıqlanıb
DYP hərəkət iştirakçılarına müraciət edib
Cəmiyyət 18:08
DYP hərəkət iştirakçılarına müraciət edib
Ötən ay 17 aptekdə yoxlama aparılıb
Cəmiyyət 17:49
Ötən ay 17 aptekdə yoxlama aparılıb
Bakıda təmirə görə bu yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub
Cəmiyyət 17:22
Bakıda təmirə görə bu yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub
Sputnik Azərbaycanda fəaliyyətini davam etdirə bilməz-Kiselyov
Cəmiyyət 16:58
Sputnik Azərbaycanda fəaliyyətini davam etdirə bilməz-Kiselyov
Azərbaycanda ailənin orta gəlirinin hesablanması qaydasında dəyişiklik edilib
Cəmiyyət 16:55
Azərbaycanda ailənin orta gəlirinin hesablanması qaydasında dəyişiklik edilib
Deputat Xalid Tağızadə vəzifədən uzaqlaşdırılıb
Cəmiyyət 16:50
Deputat Xalid Tağızadə vəzifədən uzaqlaşdırılıb
Fond heyvanları da sığortalayacaq
Cəmiyyət 15:54
Fond heyvanları da sığortalayacaq
Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib
Cəmiyyət 15:47
Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol