• $ 1.7
  • € 1.9934
  • ₽ 0.020047
  • ₺ 0.0411
  • £ 2.3046

Azercell və GSMA əməkdaşlığı gücləndirir

Azercell və GSMA əməkdaşlığı gücləndirir
24.09.2024 18:41
Ölkənin lider mobil operatoru insan kapitalının inkişafına töhfə verir

"Azercell Telekom” MMC və Beynəlxalq GSM Assosiasiyası strateji tərəfdaşlığı gücləndirir. Cari ilin may ayında Bakıda baş tutan ikinci GSMA M360 konfransında aparılan danışıqlara əsasən bu əməkdaşlıq yeni sahələri əhatə etməyə başlayır. 

Xatırladaq ki, GSMA münbit biznes mühitinin yaradılması, innovasiya və sosial dəyişikliyin təşviqi məqsədilə mobil ekosistemi bir araya gətirən qlobal təşkilatdır. Konfrans çərçivəsində Azercell və Assosiasiyasının rəhbər heyəti arasında keçirilən görüşdə süni intellektin telekommunikasiya sahəsində tətbiqi imkanları və ümumilikdə bu tərəfdaşlığın potensial inkişaf istiqamətləri müzakirə edilmişdir. Nəticədə "GSMA Advance”ın Azercell əməkdaşları üçün xüsusi təlimlər təşkil edəcəyi barədə razılıq əldə olunmuşdur. 

Təlimlər Əşyaların interneti, mobil məxfilik və kibertəhlükəsizlik, telekommunikasiya siyasətinin tənzimlənməsi və digər bu kimi mühüm mövzulara toxunaraq şirkət əməkdaşlarının yeni dövrün iş bazarına uğurlu adaptasiyasına dəstək olacaq. Qeyd edək ki, kurslara artıq start verilib.  

Ölkənin telekommunikasiya bazarının inkişafına töhfə verməyi hədəfləyən Azercell bu istiqamətdə GSMA ilə birgə yeni layihələr həyata keçirməyə davam edəcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ilin 8 ayında 1309 əcnəbi Azərbaycandan çıxarılıb
Cəmiyyət 09:56
Bu ilin 8 ayında 1309 əcnəbi Azərbaycandan çıxarılıb
Kəlbəcərə daha 32 ailə köçürülüb
Cəmiyyət 09:21
Kəlbəcərə daha 32 ailə köçürülüb
Xəzər dənizində 4 bal gücündə zəlzələ olub
Cəmiyyət 09:03
Xəzər dənizində 4 bal gücündə zəlzələ olub
Məktəblərdə ilk dərs günü - FOTOLAR
Cəmiyyət 09:00
Məktəblərdə ilk dərs günü - FOTOLAR
Naxçıvanda avtomobil yoldan çıxaraq aşıb, yaralılar var
Cəmiyyət 23:33
Naxçıvanda avtomobil yoldan çıxaraq aşıb, yaralılar var
Erməni əsilli Xankəndi sakininin təxribat planının görüntüləri yayılıb - Yenilənib
Cəmiyyət 22:58
Erməni əsilli Xankəndi sakininin təxribat planının görüntüləri yayılıb - Yenilənib
Faktiki hava açıqlanıb - Yenilənib
Cəmiyyət 18:00
Faktiki hava açıqlanıb - Yenilənib
Sumqayıt Şəhər Uşaq Xəstəxanasının həyətində 8 aylıq döl aşkarlanıb
Cəmiyyət 17:28
Sumqayıt Şəhər Uşaq Xəstəxanasının həyətində 8 aylıq döl aşkarlanıb
Sel suları Balakəndə körpünü dağıdıb
Cəmiyyət 15:20
Sel suları Balakəndə körpünü dağıdıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol