• $ 1.7
  • € 2.0132
  • ₽ 0.022246
  • ₺ 0.0389
  • £ 2.3042

İki vəkilin fəaliyyəti dayandırıldı

İki vəkilin fəaliyyəti dayandırıldı
25.09.2024 21:29
Sentyabrın 25-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.Bu barədə AZƏRTAC-a Vəkillər Kollegiyasından bildirilib.
 
İclasda çıxış edən Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib.

İclas gündəliyinə uyğun olaraq vəkilliyə qəbulla bağlı ixtisas imtahanını və icbari təlimi uğurla başa vuran bir vəkilliyə namizədin andiçmə mərasimi keçirilib, dövlət qulluğunda olması ilə əlaqədar vəkillik fəaliyyəti dayandırılan dörd vəkilin isə fəaliyyətinin bərpa olunması barədə müraciətinə baxılıb, müsbət qərarlar verilib, onlara vəsiqələr təqdim edilərək gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

Sonra Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasına order markası ayrılması barədə həmin Kollegiyanın sədrinin məktubuna, habelə "ULBS” Vəkil Bürosunun təsis olunması ilə bağlı məsələyə baxılıb, müvafiq qərarlar qəbul edilib.

Həmçinin bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, hakimliyə qəbulla bağlı tədrisə cəlb olunan vəkillərin müəyyən müddətdə üzvlük haqqından azad olunmaları, o cümlədən öz istəkləri ilə vəkillik fəaliyyətinə xitam verilməsi barədə müraciətlərinə baxılaraq müvafiq qərarlar çıxarılıb.

İclasda Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 2 vəkilin fəaliyyəti dayandırılmaqla ARVK üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət edilməsi, 2 vəkilə töhmət verilməsi barədə intizam tənbehləri tətbiq edilib, 1 vəkilə irad, 2 vəkilə isə xəbərdarlıq olunub.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:28
Sabah bu ərazilərdə qaz olmayacaq
Yevlax-Bərdə avtomobil yolunun kənarında yanğın başlayıb
Cəmiyyət 21:22
Yevlax-Bərdə avtomobil yolunun kənarında yanğın başlayıb
Ramazanın ikinci gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 20:30
Ramazanın ikinci gününün duası - İmsak və iftar vaxtı
Yardımlıda güclü külək məktəb binasının damını uçurub - Video
Cəmiyyət 19:59
Yardımlıda güclü külək məktəb binasının damını uçurub - Video
Qonşunun evindən 11 500 manat oğurlayan şəxs saxlanılıb - Video
Cəmiyyət 18:52
Qonşunun evindən 11 500 manat oğurlayan şəxs saxlanılıb - Video
Üzərliklə bağlı daha bir - Xəbərdarlıq
Cəmiyyət 18:42
Üzərliklə bağlı daha bir - Xəbərdarlıq
Beynəlxalq axtarışa verilmiş 2 nəfər Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 18:16
Beynəlxalq axtarışa verilmiş 2 nəfər Azərbaycana ekstradisiya edilib

Xəzər dənizində zəlzələ olub
Cəmiyyət 17:25
Xəzər dənizində zəlzələ olub
Azərbaycanda üç vəki lcəzalandırılıb
Cəmiyyət 16:57
Azərbaycanda üç vəki lcəzalandırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol