• $ 1.7
  • € 1.9703
  • ₽ 0.020942
  • ₺ 0.0402
  • £ 2.231

Heyvanlarla rəhmsiz rəftar edilməsinə görə cərimələr artırılır

Heyvanlarla rəhmsiz rəftar edilməsinə görə cərimələr artırılır
04.10.2024 19:39
Heyvanlarla rəhmsiz rəftar edilməsinə görə cərimələr artırılır.
 
Bu, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
 
Qüvvədə olan qanuna görə, heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir.
 
Layihəyə əsasən. heyvanlarla rəhmsiz rəftar edilməsinə, yəni onlara ağrı, əzab, işgəncə verilməsinə, onların döyülməsinə və ya döyüşdürülməsinə görə beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə ediləcək. Nəzərdə tutulmuş əməllər nümayişkaranə şəkildə, o cümlədən mediada nümayiş etdirilməklə törədildikdə səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək. Bu əməllər heyvanın şikəst edilməsinə səbəb olduqda min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək. Eyni əməllər heyvanların tələf edilməsinə səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda 423 min nəfər diabet xəstəsi var
Cəmiyyət 10:57
Azərbaycanda 423 min nəfər diabet xəstəsi var
DİN qanunsuz odlu silah-sursat aşkarlayıb
Cəmiyyət 10:41
DİN qanunsuz odlu silah-sursat aşkarlayıb
Noyabrın ilk 13 günündə FHN 22 azyaşlı uşağı xilas edib
Cəmiyyət 10:23
Noyabrın ilk 13 günündə FHN 22 azyaşlı uşağı xilas edib
Cəfər Cabbarlı stansiyasında tüstülənmə olub
Cəmiyyət 09:57
Cəfər Cabbarlı stansiyasında tüstülənmə olub
Ağalıya növbəti 41 ailə yola salınıb
Cəmiyyət 09:23
Ağalıya növbəti 41 ailə yola salınıb
12 yolda tıxav var - Siyahı
Cəmiyyət 08:48
12 yolda tıxav var - Siyahı
Biləcəridə işıq olmayacaq
Cəmiyyət 08:39
Biləcəridə işıq olmayacaq
İcra başçısı ondan şikayət edən sakinləri məhkəməyə verib
Cəmiyyət 08:35
İcra başçısı ondan şikayət edən sakinləri məhkəməyə verib
Bakıda qaz xəttində yanğın olub
Cəmiyyət 23:26
Bakıda qaz xəttində yanğın olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol