• $ 1.7
  • € 2.0052
  • ₽ 0.022154
  • ₺ 0.039
  • £ 2.3052

FHN metroda təlim keçirdi - Video

FHN metroda təlim keçirdi - Video
05.10.2024 12:15
Fövqəladə Hallar Nazirliyi və "Bakı Metropoliteni” QSC-nin birgə təşkilatçılığı ilə metronun "İçərişəhər” stansiyasında taktiki-xüsusi təlim keçirilib.

Təlimin mövzusu "Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili” olub.

Təlimə rəhbərlik FHN-in Baş əməliyyat idarəsi tərəfindən həyata keçirilib.

Əvvəlcə, FHN-in "112” qaynar telefon xəttinə metronun "İçərişəhər” stansiyasında "yanğın” baş verməsi barədə "məlumat daxil olub” və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti xidmətləri və Bakı Regional Mərkəzinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Şərti hadisə ilə bağlı Metropoliten əməkdaşları tərəfindən əvvəlcə stansiyanın bağlanması, tuneldə işçi işıqların yandırılması, keçid qapılarının açılması və "yanğına ilkin müdaxilə” işləri həyata keçirilib.
FHN-in mobil yanğın-xilasetmə qrupları tərəfindən fərdi mühafizə vasitələrindən istifadə edilməklə operativ olaraq kəşfiyyat və əməliyyat şəraitinin qiymətləndirilməsi işləri aparılıb, qısa müddətdə şərti yanğın "söndürülüb”, xilasetmə vasitələri tətbiq edilməklə "zərərçəkmişlər” təxliyə olunaraq onlara "ilkin yardım göstərilib”.

Uğurla keçən təlimdən sonra nəticələr müzakirə olunub, FHN və Metropolitenin əməkdaşları arasında obyektdə baş verə biləcək fövqəladə hallarda xilasetmə işlərinin aparılması, zərərçəkmişlərə ilkin yardımın göstərilməsi və təxliyə zamanı təhlükəsizlik qaydaları ilə bağlı fikir mübadiləsi aparılıb.

Təlimə FHN-in ümumilikdə 6 ədəd texnikası və 39 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Kərimlinin həbs müddəti uzadılıb
Cəmiyyət 19:56
Əli Kərimlinin həbs müddəti uzadılıb
Fəzail Ağamalı vəfat edib
Cəmiyyət 19:39
Fəzail Ağamalı vəfat edib
Zaur Axundova cinayət işi açılıb
Cəmiyyət 19:30
Zaur Axundova cinayət işi açılıb
Sabah bu ərazilərdə qaz kəsiləcək
Cəmiyyət 18:54
Sabah bu ərazilərdə qaz kəsiləcək
Bakı və Siyəzən sakinləri dəm qazından boğularaq ölüb
Cəmiyyət 18:09
Bakı və Siyəzən sakinləri dəm qazından boğularaq ölüb

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncıXƏBƏRDARLIQ
Cəmiyyət 17:25
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncıXƏBƏRDARLIQ

“Peşə seçimi” testlərində iştirak etmək üçün qeydiyyat başlayıb
Cəmiyyət 17:20
“Peşə seçimi” testlərində iştirak etmək üçün qeydiyyat başlayıb


Əmək pensiyaları indeksləşdiriləcək -SƏRƏNCAM
Cəmiyyət 16:55
Əmək pensiyaları indeksləşdiriləcək -SƏRƏNCAM


Tahir Budaqov Dövlət Statistika Komitəsinin sədri vəzifəsindən azad edilib
Cəmiyyət 16:53
Tahir Budaqov Dövlət Statistika Komitəsinin sədri vəzifəsindən azad edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol