• $ 1.7
  • € 2.0052
  • ₽ 0.022154
  • ₺ 0.039
  • £ 2.3052

Gecə onlarla nömrə itib, sürücülər nə etsin? - Rəsmi cavab

Gecə onlarla nömrə itib, sürücülər nə etsin? - Rəsmi cavab
22.10.2024 19:23
Ötən gün Bakıda yağan aramsız yağışlar bir sıra fəsadlara yol açıb.

"Qafqazinfo”nun məlumatına görə, bunun nəticəsində dünən axşam saatlarında bir sıra sürücülər avtomobilin dövlət nömrə nişanını itirib.

Bununla bağlı sosial şəbəkələrdə kifayət qədər paylaşıma rast gəlmək mümkündür. Kimisi itirdiyi nömrəni axtarır, kimisi də tapdığı nömrənin sahibini.

Bəs, bu hadisənin səbəb olduğu zərərə görə sürücülərə hər hansı güzəşt oluna bilər?

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin əməkdaşı Mübariz Ağayev bildirib ki, belə durumda qanunvericilikdə heç bir güzəşt nəzərdə tutulmayıb:

"Bu məsələ ilə bağlı qanunvericilikdə heç bir imtiyaz nəzərdə tutulmayıb. Əksinə, avtomobil sahiblərinin üzərinə dövlət qeydiyyat nişanlarının təmiz saxlanılması, istehsalçı zavod tərəfindən müəyyən edilmiş yerlərdə bərkidilməsi və orada dayanıqlılığın təmin edilməsi üçün qabaqlayıcı tədbirlərin görülməsi kimi vəzifələr qoyulub. Dövlət qeydiyyat nişanı qeydiyyat aparılarkən təhkim olunmuş eyniləşdirmə vasitəsidir.
Nömrənin itirilməsinə görə isə hər hansı cərimə nəzərdə tutulmayıb. Sadəcə, nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs aidiyyəti üzrə ərazi polis orqanına müraciət etməlidir. Nömrə itirilirsə və tapılmırsa, yenidən həmin dövlət nömrə nişanı verilmir. Bu zaman nömrə sərfiyyatdan çıxarılır. Bu halda avtomobil sahibi yeni dövlət nömrə nişanı almalıdır. Bunun üçün o, Yol hərəkəti haqqında Qanunda nəzərdə tutulmuş qaydada ərazi aidiyyəti üzrə BDYPİ-nin Qeydiyyat-imtahan məntəqələrinə müraciət etməlidir”.  

Mübariz Ağayev bu durumlarla qarşılaşmamaq üçün sürücülərə müraciət edərək,bu cür havalarda nəqliyyat vasitələrinin sazlığının təmin olunmağının vacibliyini bir daha xatırladıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Kərimlinin həbs müddəti uzadılıb
Cəmiyyət 19:56
Əli Kərimlinin həbs müddəti uzadılıb
Fəzail Ağamalı vəfat edib
Cəmiyyət 19:39
Fəzail Ağamalı vəfat edib
Zaur Axundova cinayət işi açılıb
Cəmiyyət 19:30
Zaur Axundova cinayət işi açılıb
Sabah bu ərazilərdə qaz kəsiləcək
Cəmiyyət 18:54
Sabah bu ərazilərdə qaz kəsiləcək
Bakı və Siyəzən sakinləri dəm qazından boğularaq ölüb
Cəmiyyət 18:09
Bakı və Siyəzən sakinləri dəm qazından boğularaq ölüb

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncıXƏBƏRDARLIQ
Cəmiyyət 17:25
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncıXƏBƏRDARLIQ

“Peşə seçimi” testlərində iştirak etmək üçün qeydiyyat başlayıb
Cəmiyyət 17:20
“Peşə seçimi” testlərində iştirak etmək üçün qeydiyyat başlayıb


Əmək pensiyaları indeksləşdiriləcək -SƏRƏNCAM
Cəmiyyət 16:55
Əmək pensiyaları indeksləşdiriləcək -SƏRƏNCAM


Tahir Budaqov Dövlət Statistika Komitəsinin sədri vəzifəsindən azad edilib
Cəmiyyət 16:53
Tahir Budaqov Dövlət Statistika Komitəsinin sədri vəzifəsindən azad edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol