• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

Brüsseldə Zəfər Günü qeyd olunub - Foto/Video

Brüsseldə Zəfər Günü qeyd olunub - Foto/Video
11.11.2024 21:55
Belçikanın paytaxtı Brüssel şəhərində Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş təntənəli tədbir keçiriib.
 
Tədbir Fireland Belçika Azərbaycanlıları Birliyi tərəfindən Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyi və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunub.


Tədbirin ilk hissəsində foto sərgi təşkil edilmişdir. Sərgidə 44 günlük Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə ermənilər tərəfindən dağıdılmış, talan edilmiş tarixi abidələrimiz və dini tikililərimiz nümayiş olunmuşdur. Həmçinin zalda Azərbaycan mədəniyyət və incəsənətinə aid guşə də hazırlanıb.

Rəsmi hissəni giriş sözü ilə açan Fireland Belçika Azərbaycanlılar Birliyinin sədri İlahə Tağıyeva qonaqları salamladıqdan sonra tarixi qələbəni  bizlərə yaşadan şəhidlərimizə rəhmət, qazilərimizə isə sağlamlıq arzulayıb.  Daha sonra Tağıyeva 44 günlük müharibə zamanı Belçikada yaşayan azərbaycanlılara göstərdikləri həmrəylik və birlik üçün təşəkkür edib.

Çıxış edən Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyinin 1-ci katibi Tamerlan Babayev bu günün mühümlüyünü bir daha vurğulayıb: "Bu mühüm gün Azərbaycan xalqının mətanət və birliyinin simvoludur. Bugün biz qazilərimizə dərin minnətdarlıq ifadə edir və şəhidlərimizin xatirəsini ehtiramla yad edirik”.
 
Babayev eyni zamanda xaricdə yaşayan həmvətənlərə milli dəyərlərimizin və mədəni irsimizin yaşadılması və təbliği sahəsində göstərdiyi dəstəyə görə təşəkkür edib.

Belçikada fəaliyyət göstərən "Mədəni” platformasının təsisçisi Emin Əliyev də qonaqları salamlayıb. "Bugün burada olmaq, bu xüsusi gündə çıxış etmək çox qürurverici haldır. Hər birinizi bu bayram münasibəti ilə təbrik edirəm” .

Tədbirin musiqili hissəsində Niderlandda yaşayan həmyerlimiz Sadıx Ağamalıyevin ifasında Azərbaycan klassik, retro musiqiləri, həmçinin xalq mahnıları səslənib. Tədbirdə həmçinin Belçikada yaşayan istedadlı gənclər Sabir Mustafayev (gitara) və Mikayıl Babayevin (piano) ifalarında Azərbaycan bəstəkarlarının mahnıları ifa olunub.
 
Fireland uşaq rəqs qrupunun, həmçinin rəqqaslar Nigar Şükürova və Novruz Abdullayevin ifasında rəqs proqramları qonaqların marağına səbəb olub.

 Tədbirdə Niderland, Lüksemburq və Almaniyada yaşayan həmyerlilərimiz, o cümlədən yerli əhali də iştirak edib. Sonda qonaqlara Azərbaycan milli mətbəxinin təamlarından təqdim olunub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda marketlərdən oğurluqda şübhəli bilinən 5 nəfər saxlanılıb
Cəmiyyət 18:00
Bakıda marketlərdən oğurluqda şübhəli bilinən 5 nəfər saxlanılıb
Bu yolda hərəkət tam məhdudlaşdırılacaq
Cəmiyyət 17:12
Bu yolda hərəkət tam məhdudlaşdırılacaq
Kros qaçışı üzrə Azərbaycan çempionatı keçirilib
Cəmiyyət 16:17
Kros qaçışı üzrə Azərbaycan çempionatı keçirilib
3 nəfər imtahandan xaric edildi- Telefon aşkarlanıb
Cəmiyyət 15:33
3 nəfər imtahandan xaric edildi- Telefon aşkarlanıb
Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verib - Yenilənib
Cəmiyyət 14:55
Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verib - Yenilənib
Bu şəxslər üçün attestasiya imtahanıkeçirilib
Cəmiyyət 14:29
Bu şəxslər üçün attestasiya imtahanıkeçirilib
Alyona Əliyeva Pasxa ilə bağlı paylaşım edib
Cəmiyyət 13:52
Alyona Əliyeva Pasxa ilə bağlı paylaşım edib
Azərbaycanda sənədsiz evlərə su verilməyəcək – Rəsmi
Cəmiyyət 13:47
Azərbaycanda sənədsiz evlərə su verilməyəcək – Rəsmi
Yol polisi əlverişsiz hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib
Cəmiyyət 13:33
Yol polisi əlverişsiz hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol