• $ 1.7
  • € 2.0386
  • ₽ 0.022208
  • ₺ 0.0392
  • £ 2.3529

Baş Prokuror BMT-nin Baş katibinin müavini ilə görüşüb

Baş Prokuror BMT-nin Baş katibinin müavini ilə görüşüb
13.11.2024 19:17
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycana səfərə gələn beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlər keçirilir.

Noyabrın 13-də Baş prokuror Kamran Əliyev BMT-nin Baş katibinin müavini, Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru və Vyana ofisinin rəhbəri Qada Valinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Baş prokuror Azərbaycan Prezidenti İlham Əliyevin bilavasitə rəhbərliyi altında COP29-un ən yüksək səviyyədə təşkil olduğunu bildirib.
Görüşdə COP29 çərçivəsində Azərbaycanın Baş Prokurorluğu, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsi (BMTNCİ) tərəfindən təşkil olunan, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi tərəfindən həmsədrlik edilən noyabrın 15-də keçiriləcək "İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli sessiyası barədə danışan tərəflər birgə əməkdaşlığın əhəmiyyəti, ikitərəfli münasibətlərin möhkəmləndirilməsi qeyd olunub.

Qada Vali səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirib, Azərbaycanda keçirilən ən böyük iqlim konfransı, COP29-un Azərbaycanın sədrliyi ilə yüksək səviyyədə təşkil edildiyini vurğulayaraq istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığın genişlənəcəyinə əminliyini ifadə edib.

Nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri davam edir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda mənzildə meyit tapılıb
Cəmiyyət 17:30
Bakıda mənzildə meyit tapılıb
Bakıda Xalq artistinin oğlu döyülüb, bir nəfər saxlanılıb
Cəmiyyət 16:44
Bakıda Xalq artistinin oğlu döyülüb, bir nəfər saxlanılıb
Küləklə bağlı sarı xəbərdarlıq edilib
Cəmiyyət 16:34
Küləklə bağlı sarı xəbərdarlıq edilib
Magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 16:27
Magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq
Ürək transplantasiyası Azərbaycanda icbari tibbi sığorta ilə əlçatan olub
Cəmiyyət 16:18
Ürək transplantasiyası Azərbaycanda icbari tibbi sığorta ilə əlçatan olub
Bakıda mənzildə meyit tapılıb
Cəmiyyət 15:30
Bakıda mənzildə meyit tapılıb
Faktiki hava açıqlanıb
Cəmiyyət 13:54
Faktiki hava açıqlanıb
Sabahın hava proqnozu
Cəmiyyət 12:47
Sabahın hava proqnozu
Ucarda saxlanılan şəxsdən odlu silah və narkotik vasitə aşlarlandı
Cəmiyyət 12:25
Ucarda saxlanılan şəxsdən odlu silah və narkotik vasitə aşlarlandı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol