• $ 1.7
  • € 1.9961
  • ₽ 0.021425
  • ₺ 0.0419
  • £ 2.2937

Bakı-Sumqayıt ekspres avtobuslarının gediş haqqı qiyməti açıqlanıb

Bakı-Sumqayıt ekspres avtobuslarının gediş haqqı qiyməti açıqlanıb
06.12.2024 19:48
Bakıdan Sumqayıta hərəkət edəcək 594 nömrəli ekspres marşrutunun gediş haqqı qiyməti açıqlanıb.Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Ekspres xətt üzrə gediş haqqı 0.80 AZN müəyyən edilib və ödənişlər nağdsız qaydada həyata keçiriləcək.

Sərnişinlərin daşınması "BakuBus” MMC-nin 17 "Neoplan” markalı avtobusları ilə 8 dəqiqəlik hərəkət intervalı ilə həyata keçiriləcək.

Sumqayıt Avtovağzalından yola düşən avtobusların aralıq dayanacaq məntəqələri "Bağça Şəhər” yaşayış kompleksi, Sumqayıt dairəsi və Ceyranbatan qəsəbəsi, son dayanacağı isə "20 Yanvar” metrostansiyası ("Azərsu” ASC-nin inzibati binasının yaxınlığı) təyin edilib.

Əks istiqamətdə isə başlanğıcını metrostansiyanın Sumqayıt istiqamətinə olan çıxışında götürən avtobuslar marşrut üzərindəki eyni dayanacaqlarda saxlamaqla hərəkət edəcək.

Bakıdan Sumqayıta hərəkət edəcək 594 nömrəli ekspres marşrutu dekabrın 9-dan fəaliyyətə başlayacaq.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Təbriz-Bakı aviareysi açılıb
Cəmiyyət 13:43
Təbriz-Bakı aviareysi açılıb
Tovuzda iki ay əvvəl baltalanan qadın xəstəxanada ölüb
Cəmiyyət 13:21
Tovuzda iki ay əvvəl baltalanan qadın xəstəxanada ölüb
Sabahın havası açıqlanıb
Cəmiyyət 12:09
Sabahın havası açıqlanıb
FHN: Xocalı, Xocavənd və Şuşada dağlıq ərazidə baş verən yanğınlar söndürülüb
Cəmiyyət 11:38
FHN: Xocalı, Xocavənd və Şuşada dağlıq ərazidə baş verən yanğınlar söndürülüb
Bakıda içməli su çatışmazlığı davam edir, sakinlər narazıdır
Cəmiyyət 11:00
Bakıda içməli su çatışmazlığı davam edir, sakinlər narazıdır
Goranboyda piyada yol qəzasında xəsarət alıb
Cəmiyyət 10:40
Goranboyda piyada yol qəzasında xəsarət alıb
Bəzi yerlərdə arabir leysan xarakterli yağış yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:07
Bəzi yerlərdə arabir leysan xarakterli yağış yağıb - FAKTİKİ HAVA
Xəzər dənizində zəlzələ olub
Cəmiyyət 09:09
Xəzər dənizində zəlzələ olub
Tovuzda kənd təsərrüfatı sahələrinin yandırılmasında şübhəli bilinən iki nəfər saxlanılıb
Cəmiyyət 23:26
Tovuzda kənd təsərrüfatı sahələrinin yandırılmasında şübhəli bilinən iki nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol