• $ 1.7
  • € 1.9945
  • ₽ 0.021189
  • ₺ 0.0398
  • £ 2.2762

Ötən həftə nə qədər ərazi minalardan təmizlənib? - Rəsmi

Ötən həftə nə qədər ərazi minalardan təmizlənib? - Rəsmi
16.12.2024 16:01
Dekabrrın 9-15-dək azad olunan ərazilərdən 24 tank əleyhinə mina, 73 piyada əleyhinə mina, 612 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) həftəlik məlumatında deyilir.


Məlumata əsasən,722 hektar ərazi minalardan təmizlənib.
 
Son 4 ildə işğaldan azad olunmuş ərazilərdə ümumilikdə 175 017 mina zərərsizləşdirilib. Ümumilikdə 34 996 ədədi piyada əlehinə mina, 21 022 ədədi tank əlehinə mina, 118 999 ədədi partlamamış hərbi sursat olmaqla ümumilikdə 175 017 mina zərərsizləşdirilib. Müharibədən sonrakı dövrdə 176 237 hektar ərazi minadan təmizlənib. 
 
Dünyada mina qurbanlarının 84%-i mülki şəxslərdir. Onların da 37%-ni uşaqlar təşkil edir. Ümumilikdə isə mina qurbanlarının 81%-ni kişilər və oğlan uşaqları təşkil edir. 
 
Azərbaycanda da mina qurbanlarının sayı 3400 nəfərdən çoxdur. Onların 359 nəfərini uşaqlar təşkil edir. 38 nəfəri qadınlardır. 
 
Təkcə İkinci Qarabağ Müharibəsindən sonra mina qurbanlarının sayı 382 nəfər təşkil edib. Onların 55 nəfəri həlak olub. Minaya düşənlərin 143 nəfəri isə mülki şəxslərdir. 
 
Azərbaycan ərazilərinin minalanmasına görə Avropada üçüncü, dünyada isə onuncu yerdə qərarlaşıb. 
 
Hazırda Qarabağda minaların təmizlənməsi prosesini ANAMA, Müdafiə Nazirliyi, Fövqəlada Hallar Nazirliyi, Dövlət Sərhəd Xidmətinin müvafiq bölmələri və yerli minatəmizləmə şirkətləri birgə həyata keçirir. 
 
Gülnar Nazimqızı 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 13:36
Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
Sabah dağlıq ərazilərdə yollar buz bağlayacaq
Cəmiyyət 13:13
Sabah dağlıq ərazilərdə yollar buz bağlayacaq
Qobustanda yolların buz bağlaması səbəbindən zəncirvari qəza baş verib
Cəmiyyət 13:00
Qobustanda yolların buz bağlaması səbəbindən zəncirvari qəza baş verib
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:40
Sabahın hava proqnozu açıqlanıb
Sumqayıtda bu yaşayış binaları sökülür - Video
Cəmiyyət 11:29
Sumqayıtda bu yaşayış binaları sökülür - Video
FHN işğaldan azad olunmuş ərazilərdə vətəndaşların maarifləndirilməsi işini davam etdirir
Cəmiyyət 10:54
FHN işğaldan azad olunmuş ərazilərdə vətəndaşların maarifləndirilməsi işini davam etdirir
Faktiki hava açıqlanıb
Cəmiyyət 09:35
Faktiki hava açıqlanıb
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Cəmiyyət 00:24
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Xəzər dənizində zəlzələ olub
Cəmiyyət 21:29
Xəzər dənizində zəlzələ olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol