• $ 1.7
  • € 1.9834
  • ₽ 0.020901
  • ₺ 0.0412
  • £ 2.2866

Yanvarın 17-da separatçıların məhkəməsi başlayacaq

Yanvarın 17-da separatçıların məhkəməsi başlayacaq
06.01.2025 16:23
Bakıda həbsdə olan separatçıların cinayət işləri üzrə məhkəmə yanvarın 17-da başlayacaq. Bu barədə Apa məlumat verib.  

Bundan əvvəl baş prokuror Kamran Əliyev bildirib ki, yaxın zamanlarda Bakıda həbsdə olan separatçıların cinayət işləri məhkəmələrə göndəriləcək.
 
 Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan cinayət işi üzrə separatçı rejimin ümumilikdə 15 nəfər üzvü məsuliyyətə cəlb olunub. Həmin şəxslər barəsində müxtəlif illərdə Baş Prokurorluq tərəfindən cinayət işi açılıb və beynəlxalq axtarış verilib.
 
Ötən il keçirilən antiterror əməliyyatından sonra Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun "prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də "parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş "dövlət naziri” Ruben Vardanyanı da həbs edərək Bakıya gətirib.

Separatçılar sülh və insanlıq əleyhinə, müharibə cinayətlərində, terrorçuluqda, terrorçuluğu maliyyələşdirmədə, qətl, qanunsuz silahlı birləşmə yaratmaqda və s. cinayət əməllərində təqsirləndirilirlər.
 
Aytac 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxda avtomobillər toqquşub, xəsarət alanlar var
Cəmiyyət 22:07
Qazaxda avtomobillər toqquşub, xəsarət alanlar var
Taekvondo üzrə dünya çempionu Emin Çətinbağ Rusiyada saxlanılıb
Cəmiyyət 19:06
Taekvondo üzrə dünya çempionu Emin Çətinbağ Rusiyada saxlanılıb
Sabah ilin son Ay tutulması olacaq
Cəmiyyət 16:47
Sabah ilin son Ay tutulması olacaq
Beyləqanda kafedə silahlı insident - Xəsarət alanlar
Cəmiyyət 14:13
Beyləqanda kafedə silahlı insident - Xəsarət alanlar
Astaradakı kütləvi zəhərlənmənin səbəbi açıqlanıb
Cəmiyyət 13:30
Astaradakı kütləvi zəhərlənmənin səbəbi açıqlanıb
Bakıda avtoxuliqanlıq edən sürücülər həbs olunub - Video
Cəmiyyət 13:10
Bakıda avtoxuliqanlıq edən sürücülər həbs olunub - Video
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:44
Sabahın hava proqnozu açıqlanıb
Musiqi məktəblərinə qəbul nəticələri elan olunub
Cəmiyyət 12:26
Musiqi məktəblərinə qəbul nəticələri elan olunub
Faktiki hava açıqlanıb
Cəmiyyət 12:11
Faktiki hava açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol