• $
  • £

AZAL Kazana bütün uçuşları dayandırıb

AZAL Kazana bütün uçuşları dayandırıb
08.01.2025 20:40
Son zamanlar Rusiyanın Kazan şəhəri üzərində hava məkanının mütəmadi olaraq bağlanması səbəbindən Azərbaycan Hava Yolları (AZAL) aviaşirkəti uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır.Bu barədə "Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən bildirilib.

Bu istiqamət üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və ya biletlərin ödənişsiz dəyişdirilməsi hüququna malikdirlər. Bunun üçün onlar [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

AZAL mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri dəyişikliklər barədə məlumatlandıracaq.

Daha öncə AZAL təhlükəsizlik səbəbindən Rusiyanın Qroznı və Maxaçqala da daxil olmaqla, Mineralnıye Vodı, Soçi, Volqoqrad, Ufa, Samara, Saratov, Nijni Novqoroq və Vladiqafqaz şəhərlərinə uçuşların dayandırıldığı barədə açıqlama yaymışdı.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:30
Bu ərazilərdə işıq olmayacaq
Zaqatalada iki avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 21:45
Zaqatalada iki avtomobil toqquşub, xəsarət alanlar var
Binəqədidə obyektdə partlayış baş verib, xəsarət alan var - Video
Cəmiyyət 19:44
Binəqədidə obyektdə partlayış baş verib, xəsarət alan var - Video
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 19:07
Sabah bu ərazilərdə qaz olmayacaq
Ağdamda növbəti əmək yarmarkası keçiriləcək
Cəmiyyət 18:13
Ağdamda növbəti əmək yarmarkası keçiriləcək
ABŞ-də benzin 4 dollar bahalaşıb
Cəmiyyət 17:50
ABŞ-də benzin 4 dollar bahalaşıb
Dəmiryol vağzallarında elektron siqaret çəkənlər 30 manat cərimələnəcək
Cəmiyyət 17:15
Dəmiryol vağzallarında elektron siqaret çəkənlər 30 manat cərimələnəcək
Balıq ovu aprelin 1-dən qadağan edilir
Cəmiyyət 17:07
Balıq ovu aprelin 1-dən qadağan edilir
Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Cəmiyyət 16:38
Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol