Rafael Ağayev Karate Federasiyasındakı vəzifəsindən ayrılıb? - AÇIQLAMA
Karateçi Rafael Ağayev Karate Federasiyasındakı vəzifəsindən istefa verib. Bu barədə o anews.az-a açıqlamasında bildirib.
O, bildirib ki, federasiyasının vitse-prezidenti olsa da, 7-8 aydır ki, iclaslara dəvət olunmur.
"Elə siz zəng etmədən öncə istefa ərizəmi yazdım və Azərbaycan Karate Federasiyasının vitse-prezidenti postundan ayrıldım",- o vurğulayıb.
Ağayev federasiya iclaslarında iştirak etməməsinin səbəbini də bilmədiyini qeyd edib.
"İclaslara niyə çağırılmadığımın səbəbini bilmirəm. Bunu Karate Federasiyasından soruşmaq lazımdır və bu özümə də maraqlıdır. Səbəb ilə bağlı heç bir ehtimalım yoxdur",- o deyib.
İdmançı söyləyib ki, bundan sonra karate məşqləri keçməklə məşğul olacaq.
Rafael Ağayev beşqat dünya, 11 qat Avropa çempionu və Olimpiya Oyunlarının gümüş mükafatçısıdır.
Məsələ ilə bağlı federasiyaya zəng etsək də, telefona cavab verən olmadı.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər