Azərbaycanda işçi qüvvəsinin 48 faizini qadınlar təşkil edir

Azərbaycanda qadınların işçi qüvvəsində iştirakçılığı 48% təşkil edir. Bunu Əmək və Əhalinin Sosial Müdafəsi nazirinin müavini Anar Kərimov 2025 "Konstitusiya və suverenlik" ili "Qadın iştirakçılığının təbliği" konfransında çıxışı zamanı deyib.
"Azərbaycan əmək hüquqlarının təmin edilməsinə 2 müstəvidən baxmalıyıq. Reallıq və perspektivlər. Qlobal dinamika göstərir ki, hazırda gender nisbətində rəqəmlər 68- 70 faizə yaxınlaşır. Bu dinamikə davam etsə 130 il lazımdır ki, gender nisbəti bərpa olunsun. Ümumi işçi qüvvəsində qadınların iştirakçılığı 47 faizdir. Azərbaycanda bu faiz 48%-dir"- nazir müavini bildirib.
Kərimov bildirib ki, özünəməşğulluq proqramında qadınların iştirakı 40% təşkil edir.
"Bəzi ölkələrdə məsələm hədəf kimi bəzi ölkələr İslandiya 14 ildir bu prosesdə ilk sıralardadır. Bizdə də xanımlar aktivdir. 500 min xanım muzdla çalışır. Özünəməşğulluqda 40% xanımlardır. Xanımlar əmək bazarına aktiv şəkildə çalışırlar. İşlə təmin olunmada hər 3 nəfərdən biri xanımlardır",- nazir müavini əlavə edib
Gülnar Nazimqızı