Yaponiyada doğum səviyyəsi rekord dərəcədə azalıb

Yaponiyada doğum səviyyəsi son 125 ildə rekord həddə çatıb. 2024 cəmi 720 988 uşaq doğulub ki, bu da əvvəlki ilin göstəricisindən 5% azdır. Bu bardə The Economic Times nəşri yazıb.
Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, bu göstərici artıq 9-cu ildir ki, azalır. Bu, 1899-cu ildən bəri ən aşağı göstəricidir. Eyni zamanda, ölümlər rekord həddə - 1,62 milyona çatıb, yəni hər doğuşa görə ikidən çox ölüm var.
Əhalinin sürətlə azalması Yaponiya üçün əsas problemdir. Yaşlıların və xidmət işçilərinin sayının azalması ilə yanaşı, sosial təminat sistemlərinin yükü də artır. Hökumət həll yollarını tapmağa çalışır, lakin bu günə qədər rəqəmlər azalmaqda davam edir.
Gülnar
Son xəbərlər
Daha çox 