• $ 1.7
  • € 1.7845
  • ₽ 1.97
  • ₺ 0.0466
  • £ 2.1491

Sabahdan Gəncə-Şuşa avtobus reysi açılır

Sabahdan Gəncə-Şuşa avtobus reysi açılır
27.02.2025 18:07

28 fevral tarixindən Gəncədən Şuşa şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək.Bu barədə  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Məqsəd “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşlara keyfiyyətli nəqliyyat xidmətlərinin göstərilməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ölkənin nəqliyyat sisteminə inteqrasiyasının təmin olunmasıdır.

Reyslər Gəncə Beynəlxalq Avtovağzalından hər gün saat 08:00-da, Şuşa şəhərindən Gəncəyə isə 14:45-də həyata keçiriləcək.

Gəncə – Şuşa – Gəncə reysi üzrə bir istiqamət üçün biletin qiyməti 6,20 manat təşkil edir. Bu reys üzrə Tərtər, Xocalı və Xankəndi şəhərləri aralıq məntəqələr olaraq müəyyən edilib. Gəncə – Xocalı aralıq məntəqəsi üçün biletin qiyməti 5,20 manat, Gəncə – Xankəndi 5,70 manat, Tərtər – Xocalı 2,40 manat, Tərtər – Xankəndi 2,80 manat və Tərtər – Şuşa aralıq məntəqəsi üçün biletin qiyməti 3,30 manatdır.

Biletləri “biletim.az” portalı üzərindən yalnız onlayn qaydada əldə etmək olar.

Biletləri əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun olaraq icazələrin olması mütləqdir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Kadırov vurulan AZAL təyyarəsinin sağ qalan ekipaj üzvlərini mükafatlandıracaq
Cəmiyyət 20:29
Kadırov vurulan AZAL təyyarəsinin sağ qalan ekipaj üzvlərini mükafatlandıracaq
Audiovizual Şura iki platforma operatorunun lisenziyasını ləğv edib
Cəmiyyət 18:37
Audiovizual Şura iki platforma operatorunun lisenziyasını ləğv edib
Qəbələdə dam örtüyü avtomobilin üzərinə aşıb - Video
Cəmiyyət 18:30
Qəbələdə dam örtüyü avtomobilin üzərinə aşıb - Video
Sabahdan Gəncə-Şuşa avtobus reysi açılır
Cəmiyyət 18:07
Sabahdan Gəncə-Şuşa avtobus reysi açılır
Küləklə bağlı xəbərdarlıq edilib
Cəmiyyət 17:54
Küləklə bağlı xəbərdarlıq edilib
508 nömrəli avtobus sürüşüb yolundan çıxıb
Cəmiyyət 16:27
508 nömrəli avtobus sürüşüb yolundan çıxıb
Bakıda narkopriton əməliyyatı- Saxlanılanlar var
Cəmiyyət 16:14
Bakıda narkopriton əməliyyatı- Saxlanılanlar var
8 Mart bayramı ilə əlaqədar direktorlara tapşırıqlar verilib
Cəmiyyət 16:12
8 Mart bayramı ilə əlaqədar direktorlara tapşırıqlar verilib
Növbəti üç gündə qar yağacaq - Xəbərdarlıq
Cəmiyyət 15:46
Növbəti üç gündə qar yağacaq - Xəbərdarlıq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol