Kadırov vurulan AZAL təyyarəsinin sağ qalan ekipaj üzvlərini mükafatlandıracaq

Bakı-Qroznı reysini həyata keçirərkən qəzaya uğrayan AZAL sərnişin təyyarəsinin bələdçilərinə “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” mükafatı təqdim olunacaq.Bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov özünün teleqram kanalında məlumat verib.
“Ötən ilin dekabrında Bakı-Qroznı reysi zamanı qəzaya uğrayan “Azərbaycan Hava Yolları” QSC-nin “Embraer E190” tipli sərnişin təyyarəsinin sağ qalan ekipaj üzvlərini mükafatlandırmaq qərarına gəldim. Fövqəladə cəsarət və yüksək peşəkarlıq nümayiş etdirən stüardessalar Zülfüqar Əsədov və Aydan Rəhimli təyyarə qəzası qurbanlarının xatirəsinə “Respublika Xidməti” mükafatına layiq görüləcəklər”, - o, bildirib.