ANAMA-nın əməkdaşı Cəbrayılda minaya düşüb

Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində mina hadisəsi baș verib.Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən məlumat verilib.
Bildirilib ki,agentliyin əməkdaşı 1991-ci il təvəllüdlü Xankişiyev Heydər Əli oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı olub.
Xəsarət alan əməkdaş rayon xəstəxanasına təxliyə edilib,sağ ayağının topuq nahiyyəsi amputasiya olunub.Vəziyyəti qənaətbəxşdir.