Martda 19 aptekdə yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi mart ayı ərzində 19 aptekdə yoxlama aparıb. Bu barədə mərkəzdən məlumat verilib.
Həmin müddət ərzində Bakı şəhəri üzrə 8, respublikanın digər şəhər və rayonlarında isə 11 aptek olmaqla, 17 aptekdə planlı, bir aptekdə plandankənar və bir aptekdə isə yoxlamadan kənar təftiş aparılıb.
Yoxlamalar zamanı 7 aptekdə nöqsanlar aşkarlanıb. İnzibati Xətalar Məcəlləsinin 210.1, 452.1 və 452.3 maddələri üzrə protokollar tərtib edilib.
Son xəbərlər
Daha çox 