• $ 1.7
  • € 1.9272
  • ₽ 0.020463
  • ₺ 0.0442
  • £ 2.2589

Akademik Milli Dram Teatrında aktyorlar arasında əlbəyaxa dava olub

Akademik Milli Dram Teatrında aktyorlar arasında əlbəyaxa dava olub
08.04.2025 11:54

Akademik Milli Dram Teatrının (Azdrama) səhnə arxasında əlbəyaxa dava baş verib.  Bu barədə Qaynarinfo-ya sözügedən teatrın aktyorları məlumat verib. 

Davaya səbəb kənar teatrların aktyor və rejissorlarının Akademik Milli Dram Teatrına dəvət edilməsinə etiraz olub.

Dava teatrın bədii şurasının iclasında baş verib. Xalq artisti Əli Nur çıxışı zamanı başqa teatrdan dəvət olunan aktyor və rejissorlara etiraz edib. Aktyor deyib ki, "Azdrama"ya təsadüfi rejissorlar dəvət etmək olmaz və bununla bağlı fikrini təhlil edib. Mübahisə yaranıb və aktyorlardan bir neçəsi Əli Nurun üstünə hücuma keçərək ona yumruq atıblar. 
 

Vəziyyətin dramatik həddə çatacağını görən Xalq artisti Sabir Məmmədov hadisəyə biganə qala bilməyib. Sabir Məmmədov və teatrın direktoru İlham Əsgərov dava edənləri qucaqlayaraq iclas otağından çıxardaraq hadisə yerindən uzaqlaşdırıblar. 

Aktyor deyir ki, teatrın bədii şurasında belə hadisə 150 ildə ilk dəfə baş verib.

Xalq artisti Əli Nur baş verən hadisə ilə Respublika Prokurorluğuna şikayət edib. Hadisə araşdırılır. 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda itkin düşən qızları evində gizlədən şəxs saxlanılıb - Yenilənib
Cəmiyyət 21:40
Bakıda itkin düşən qızları evində gizlədən şəxs saxlanılıb - Yenilənib
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Cəmiyyət 18:30
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Gəncədə avtomobil dirəyə çırpılıb, xəsarət alan var -
Cəmiyyət 16:40
Gəncədə avtomobil dirəyə çırpılıb, xəsarət alan var -
Sabahın hava proqnozu
Cəmiyyət 14:12
Sabahın hava proqnozu
Əksər rayonlarında hava yağıntılı keçib, şimşək çaxıb - FAKTİKİ HAVA
Cəmiyyət 12:25
Əksər rayonlarında hava yağıntılı keçib, şimşək çaxıb - FAKTİKİ HAVA
Dəniz kənarında inşa edilən qanunsuz tikili sökülüb - Video
Cəmiyyət 11:13
Dəniz kənarında inşa edilən qanunsuz tikili sökülüb - Video
Ötən gün bank kartlarından 21 min manatdan çox pul oğurlanıb
Cəmiyyət 10:14
Ötən gün bank kartlarından 21 min manatdan çox pul oğurlanıb
Şamaxıda məktəbliləri daşıyan avtobus aşdı - Xəsarət alanlar var
Cəmiyyət 09:13
Şamaxıda məktəbliləri daşıyan avtobus aşdı - Xəsarət alanlar var
Gədəbəydə 45 yaşlı qadın dəm qazından boğularaq ölüb
Cəmiyyət 08:54
Gədəbəydə 45 yaşlı qadın dəm qazından boğularaq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol