• $ 1.7
  • € 1.9308
  • ₽ 2.0666
  • ₺ 0.0447
  • £ 2.2463

Ruben Vardanyanın cinayət işi üzrə iclas davam etdirilir

Ruben Vardanyanın cinayət işi üzrə iclas davam etdirilir
08.04.2025 11:26

Müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın cinayət işi məhkəmənin baxış iclası başlayıb. Bu barədə report məlumat yayıb. 

Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə məhkəmə prosesi keçirilir.

Ötən prosesdə iş üzrə 20-dən çox zərərçəkmiş şəxs ifadə verib.

Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.

Həmçinin, o, həmin məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur.

Oxşar xəbərlər
Oxşar xəbərlər
İsmayıllıda zəlzələ olub
Cəmiyyət 23:50
İsmayıllıda zəlzələ olub
Arvadını öldürüb özünü binanın 14-cü mərtəbəsindən atdı
Cəmiyyət 23:16
Arvadını öldürüb özünü binanın 14-cü mərtəbəsindən atdı
Faktiki hava açıqlanıb - Yenilənib
Cəmiyyət 21:30
Faktiki hava açıqlanıb - Yenilənib
Sabunçuda tunelə yığılmış su ərazidən kənarlaşdırılıb - Yenilənib
Cəmiyyət 20:45
Sabunçuda tunelə yığılmış su ərazidən kənarlaşdırılıb - Yenilənib
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına xəbərdərlıq edib
Cəmiyyət 20:24
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına xəbərdərlıq edib
Qatarlarının hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur - ADY
Cəmiyyət 18:56
Qatarlarının hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur - ADY
Azərbaycanın Baş Qərargah rəisi Slovakiyada səfərdədir
Cəmiyyət 18:11
Azərbaycanın Baş Qərargah rəisi Slovakiyada səfərdədir
Prezident Riçard Armitacın vəfatı ilə bağlı başsağlığı verib
Cəmiyyət 18:08
Prezident Riçard Armitacın vəfatı ilə bağlı başsağlığı verib
III MDB Oyunlarının Təşkilat Komitəsinin tərkibi dəyişib -SƏRƏNCAM
Cəmiyyət 17:23
III MDB Oyunlarının Təşkilat Komitəsinin tərkibi dəyişib -SƏRƏNCAM
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol