Bolşevik adları Bakı küçələrində qalmalıdırmı?”- VİDEOREPORTAJ

Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan sonra Bakıda bolşeviklərə aid abidə və lövhələr yığışdırılıb. Amma Azərbaycanda Sovet hakimiyyətinin qurulmasında müstəsna rolu olan və Daxili işlər Xalq Komissarlığının səlahiyyətli nümayəndəsi işləyən Bünyad Sərdarovun berelyefi isə saxlanılıb.
Bir qisim Bakı sakinləri löhvənin təcili çıxarılmasının, digəri isə saxlanılmasının tərəfdarıdır.
Tarixçi Zaur Əliyevin fikrincə lövhələrin saxlanması düzgün deyil.
Bünyad Sərdarova aid lövhənin başqa bolşeviklərə aid abidələrdən fərqli olaraq nədən saxlanılması ilə bağlı Mədəniyyət Nazirliyindən bildirdilər ki, tarixi şəxsiyyətlər barədə məlumat lövhələrinin quraşdırılması və ya sökülməsi Xidmətinin səlahiyyətlərinə aid deyil.
"İcra hakimiyyəti, başqa bir orqanlar və ya bir qrup şəxs müraciət edərsə, sökülmə ilə bağlı bu zaman mədəniyyət nazirliyi məsələyə baxa bilər",- məlumatda vurğulanıb.
Aytac Zeynalova
Son xəbərlər
Daha çox 