Bakı və Abşeronda aprel pensiyaları ödənilib

Bu gün Bakı, Sumqayıt və Abşeron rayonu üzrə 2025-ci ilin apreli ayı üçün pensiya ödənişləri həyata keçirilib. Bu barədə məlumatı Dövlət Sosial Müdafiə Fondu yayıb.
Qurumun açıqlamasına əsasən, yaxın günlərdə ölkənin digər bölgələri üzrə də aprel ayı üçün pensiyaların, o cümlədən güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin ödənişləri ödəniləcək.