55 nömrəli “Bakcell” avtomobili nüfuzlu sürət yarışında - Video

İnnovasiya və sürət lideri “Bakcell”in dəstəyi ilə azərbaycanlı pilot Gülhüseyn Abdullayev
4-6 aprel tarixlərində Dubay şəhərində keçirilən “Gulf Radical Cup” yarışında iştirak
edib. “Bakcell” brendi altında yarışda iştirak edən 27 yaşlı təmsilçimiz qatıldığı turnirin
bütün mərhələlərində uğurlu çıxışı ilə yadda qalıb.
Qeyd edək ki, avtomobil nömrəsi “Bakcell” brendinə uyğun olaraq 55 nömrə olan
həmyerlimiz yarışın standartlarına müvafiq 1.5 motor həcmli, 232 at gücü qüvvəsinə
malik maşınla çıxış edib.
"Bakcell" haqqında
"Bakcell"Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda
"Bakcell" üç milyondan çox müştərini yüksək keyfiyyətli və sürətli telekommunikasiya
xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər
vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının
qeyri-neft sektorunun ən böyük investorlarından biridir.
"Bakcell" müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun
tərkibinə daxildir.