Biləsuvarda elektrik enerjisinin verilməsində fasilələr yaranıb

Küləkli hava şəraiti ilə əlaqədar Biləsuvarın bəzi ərazilərində elektrik enerjisinin verilməsində fasilə yaranıb.Bu barədə “Qafqazinfo”ya sakinlər məlumat veriblər.
Onların sözlərinə görə, Xırmandalı, Bağbanlar kəndləri və şəhərin bir hissəsi işıqsız qalıb.
Yaranan problem Biləsuvar Elektrik şəbəkəsindən təsdiqlənib:
“Küləklə müşahidə olunan leysan yağışının elektrik təsərrüfatına vurduğu ziyanın həcmi çox olduğundan təmir-bərpa işlərinin vaxtı yubanır. Təmir birqadalarımız ərazidə işləri fasiləsiz davam etdirir. Xırmandalına elektrik enerjisinin verilişi artıq bərpa olunub, yaxın vaxta problem tam aradan qaldırılacaq”.
Son xəbərlər
Daha çox 