• $ 1.7
  • € 1.9308
  • ₽ 2.0666
  • ₺ 0.0447
  • £ 2.2463

Deputat təklif edir ki, mülkiyyətin qiymətləndirilməsi məhkəmə qərarı ilə olsun

Deputat təklif edir ki, mülkiyyətin qiymətləndirilməsi məhkəmə qərarı ilə olsun
11.04.2025 11:36

Mülkiyyətin minimum məbləğdə qiymətləndirilməsi məhkəmə qərarı ilə müəyyən olunmalıdır. Bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib. 

"Bakıda köhnə binalar sökülərək yeniləri ilə əvəzlənir. Bəzən olur ki, sahibkar ərazidə işə başlamaq istəyir və bu zaman 70 ailə ilə razılaşır, digər 2 ailə razılaşmır. Bu onun mülkiyyət hüququdur. Amma bu cür problemlər zaman alır və problem də həll olunmur. Nəticədə sahibkar ortada qalır. Eyni zamanda bu cür proseslər zaman keçdikcə evlərin qiymətinə təsir edir və nəticədə ortaq razılıq olmur. Təklif edirəm ki, minimum vəsaitin məbləği məhkəmə qərarı ilə müəyyən olunsun. Əks halda sahibkar bu işdən uzaqlaşacaq və problemlər həllini tapmayacaq", - deputat bildirib. 

 Hazırda Bakı şəhəri üzrə 194 qəzalı və kəskin qəzalı bina olmaqla, ümumilikdə 6 415 mənzilə dair tədbirlərin icrasına başlanılıb.

Bundan əvvəl Bakı İcra Hakimiyyəti açıqlama yayaraq bildirib ki, Bakının yeni Baş Planı, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramının icrası çərçivəsində ilk növbədə Yasamal rayonunda “Sovetski”nin növbəti hissəsi, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının ətrafı (sağ istiqamətdə), Nizami küçəsi ilə Təzəpir məscidi arasındakı ərazilərdəki köhnə tikililər, istismar müddəti başa çatan kommunikasiya və mühəndis qovşaqları, qəzalı vəziyyətdə olan su və kanalizasiya xətləri söküləcək.

Eyni zamanda Bakının Sabunçu, Nəsimi, Xətai, Nərimanov və digər rayonlarında istismar müddəti başa çatmış, qəzalı vəziyyətdəki binalar, evlər, qeyri-yaşayış obyektləri söküləcək.

Gülnar Nazimqızı 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
İsmayıllıda zəlzələ olub
Cəmiyyət 23:50
İsmayıllıda zəlzələ olub
Arvadını öldürüb özünü binanın 14-cü mərtəbəsindən atdı
Cəmiyyət 23:16
Arvadını öldürüb özünü binanın 14-cü mərtəbəsindən atdı
Faktiki hava açıqlanıb - Yenilənib
Cəmiyyət 21:30
Faktiki hava açıqlanıb - Yenilənib
Sabunçuda tunelə yığılmış su ərazidən kənarlaşdırılıb - Yenilənib
Cəmiyyət 20:45
Sabunçuda tunelə yığılmış su ərazidən kənarlaşdırılıb - Yenilənib
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına xəbərdərlıq edib
Cəmiyyət 20:24
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına xəbərdərlıq edib
Qatarlarının hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur - ADY
Cəmiyyət 18:56
Qatarlarının hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur - ADY
Azərbaycanın Baş Qərargah rəisi Slovakiyada səfərdədir
Cəmiyyət 18:11
Azərbaycanın Baş Qərargah rəisi Slovakiyada səfərdədir
Prezident Riçard Armitacın vəfatı ilə bağlı başsağlığı verib
Cəmiyyət 18:08
Prezident Riçard Armitacın vəfatı ilə bağlı başsağlığı verib
III MDB Oyunlarının Təşkilat Komitəsinin tərkibi dəyişib -SƏRƏNCAM
Cəmiyyət 17:23
III MDB Oyunlarının Təşkilat Komitəsinin tərkibi dəyişib -SƏRƏNCAM
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol