• $ 1.7
  • € 1.9308
  • ₽ 2.0666
  • ₺ 0.0447
  • £ 2.2463

Axtarışda olan 4 nəfər Azərbaycana ekstradisiya edilib

Axtarışda olan 4 nəfər Azərbaycana ekstradisiya edilib
11.04.2025 20:26

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşları Orucov Emil Mayıl oğlu, Ələkbərov Babək Faiq oğlu, Qurbanov Baloğlan Yaşar oğlu və Məmmədov Vaqif Elyaz oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.Bu barədə Azərbaycan Baş Prokurorluğundan bildirilib.

Həmin şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə onlar beynəlxalq axtarışa veriliblər.

Qeyd olunan şəxslər Rusiya ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.

Həmçinin, 10.12.2024-cü il tarixində Qazax rayonu ərazisində, dövlətlərarası axtarışda olduğu üçün saxlanılmış Gürcüstan vətəndaşı Vakhtang Kurtanidzenin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair Rusiya Federasiyası Baş Prokurorluğunun vəsatəti yuxarıda göstərilən Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edildiyinə görə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Rusiya Federasiyasının səlahiyyətli orqanlarına təhvil verilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
İsmayıllıda zəlzələ olub
Cəmiyyət 23:50
İsmayıllıda zəlzələ olub
Arvadını öldürüb özünü binanın 14-cü mərtəbəsindən atdı
Cəmiyyət 23:16
Arvadını öldürüb özünü binanın 14-cü mərtəbəsindən atdı
Faktiki hava açıqlanıb - Yenilənib
Cəmiyyət 21:30
Faktiki hava açıqlanıb - Yenilənib
Sabunçuda tunelə yığılmış su ərazidən kənarlaşdırılıb - Yenilənib
Cəmiyyət 20:45
Sabunçuda tunelə yığılmış su ərazidən kənarlaşdırılıb - Yenilənib
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına xəbərdərlıq edib
Cəmiyyət 20:24
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına xəbərdərlıq edib
Qatarlarının hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur - ADY
Cəmiyyət 18:56
Qatarlarının hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur - ADY
Azərbaycanın Baş Qərargah rəisi Slovakiyada səfərdədir
Cəmiyyət 18:11
Azərbaycanın Baş Qərargah rəisi Slovakiyada səfərdədir
Prezident Riçard Armitacın vəfatı ilə bağlı başsağlığı verib
Cəmiyyət 18:08
Prezident Riçard Armitacın vəfatı ilə bağlı başsağlığı verib
III MDB Oyunlarının Təşkilat Komitəsinin tərkibi dəyişib -SƏRƏNCAM
Cəmiyyət 17:23
III MDB Oyunlarının Təşkilat Komitəsinin tərkibi dəyişib -SƏRƏNCAM
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol