Həftəsonu vətəndaşların kart hesabından 42 min manata yaxın vəsait oğurlanıb

Son iki gündə vətəndaşların hesabından 41048 manat vəsait oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
" Aprelin 12-də və 13-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 11100, 10283, 4900, 2537, 2520, 2183, 1500, 900, 711, 530, 500, 480, 425, 393, 387, 381, 330, 142, 120, 100, 100, 96, 95, 68, 50, 50, 50, 50, 20, 19, 15, 13 manat pul vəsaitləri bank kartlarından oğurlanıb", - məlumatda deyilir.
DİN bir daha vətəndaşları şübhəli zənglərə cavab verməməyi və kart hesablarındakı məxfiliyi bölüşməməyi tövsüyə edir.
Daxili İşlər Nazirliyin açıqlamasına görə son bir neçə gündə vətəndaşların kart hesablarından 300 min manatdan çox vəsait oğurlanıb.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox 