Gəncədə qidadan zəhərlənənlərin sayı artıb - Yenilənib

Gəncədə qidadan zəhərlənən şəxslərin sayı artıb.
"Report"un məlumatına görə, qida zəhərlənməsi diaqnozu ilə daha 2 nəfər - 2005-ci il təvəllüdlü F.Cabbarov və 2001-ci il təvəllüdlü J.Tamirazova da xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
18:58
Gəncədə 4 nəfər dönərdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
“Qafqazinfo”nun məlumatına görə, həmin şəxslər 35 yaşlı Nigar Cabbarova, 37 yaşlı Xuraman Mehdiyeva, 18 yaşlı Nazənin Quliyeva və azyaşlı oğlandır.
Faktla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
Son xəbərlər
Daha çox 