Bu ilin ilk iki ayında 570 əkiz, 33 üçəm doğulub

2025-ci ilin yanvar-fevralında Aərbaycanda 570-i əkiz, 33-ü üçəm doğulub. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,8 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,2 faiz olub.
Azərbaycanda 2023-cü il 112 min 620 körpə doğulub. Onlardan 59 814-ü oğlan, 52 806-sı qızdır.
Cins nisbəti hər 100 qıza 113 oğlan təşkil edir.
Ötən il abortların sayı 21,4% və ya 15 817 abort artaraq 73 816 olub. 15 - 49 yaşlı hər 1000 qadına düşən abortların sayı 27,9 olub.
Bir müddət öncə BMT-nin Əhali Fonun baş müşaviri Fərid Babayev deyib ki, Azərbaycan 7 ildir ardıcıl olaraq selektiv abortlara görə dünyada birinci yeri tutur.
Aytac