• $ 1.7
  • € 1.9308
  • ₽ 2.0666
  • ₺ 0.0447
  • £ 2.2463

“TikTok”-da yarış təşkil edən Azər Zahid və Rövşən Təhməzovun həbs müddəti uzadılıb

“TikTok”-da yarış təşkil edən Azər Zahid və Rövşən Təhməzovun həbs müddəti uzadılıb
15.04.2025 13:43

Polis tərəfindən “TikTok” əməliyyatlarında saxlanılan aparıcı Azər Zahidin həbs müddəti uzadılıb. Bu barədə Nərimanov rayon Məhkəməsində bununla bağlı təqdimata baxılıb.

Hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Azər Zahid barəsində həbs qətimkan tədbirinin 3 ay müddətinə uzadılması barədə qərar çıxarılıb.

Bundan başqa, "TikTok" əməliyyatları nəticəsində saxlanılan “Rosh life” ləqəbli “TikToker” Rövşən Təhməzovun barəsində seçilmiş həbs qətimkan tədbirinin də müddəti uzadılıb.

Nərimanov rayon Məhkəməsində hakim Hafiz Kamranovn sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

Qərara əsasən, onun həbs müddəti 3 ay uzadılıb.

Ötən ilin dekabrında DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində Azər Zahid və digər şəxslərə qarşı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, internetdə onlayn qumar oyunları təşkil etmə maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə həmin əməllərdə təqsirli olan Azər Zahid və onun köməkçisi Rövşən Təhməzov, Emin və Rəşad Abdullayev qardaşları həbs ediliblər.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah yağış tədricən kəsəcək
Cəmiyyət 13:01
Sabah yağış tədricən kəsəcək
Aprelin 20-i keçiriləcək buraxılış imtahanında 53649 şagird iştirak edəcək
Cəmiyyət 11:48
Aprelin 20-i keçiriləcək buraxılış imtahanında 53649 şagird iştirak edəcək
Zəka Mirzəyev DSMF-nin sədri təyin edilib
Cəmiyyət 11:38
Zəka Mirzəyev DSMF-nin sədri təyin edilib
92 avtobusun hərəkətində ləngimə var - AYNA
Cəmiyyət 11:26
92 avtobusun hərəkətində ləngimə var - AYNA
ADY: Hazırda qatarların qrafik üzrə fəaliyyəti bərpa olunub
Cəmiyyət 11:20
ADY: Hazırda qatarların qrafik üzrə fəaliyyəti bərpa olunub
Bakıda bağçada yanğın olub
Cəmiyyət 10:42
Bakıda bağçada yanğın olub
Müddətli həqiqi hərbi xidmətə çağırış barədə bildirişlər“myGov”da!
Cəmiyyət 10:34
Müddətli həqiqi hərbi xidmətə çağırış barədə bildirişlər“myGov”da!
Bağırov körpüsü müvəqqəti bağlanıb
Cəmiyyət 10:33
Bağırov körpüsü müvəqqəti bağlanıb
Bu çaylardan sel keçir
Cəmiyyət 10:30
Bu çaylardan sel keçir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol