• $ 1.7
  • € 1.9326
  • ₽ 2.04
  • ₺ 0.0447
  • £ 2.2282

Özəl bağçalar üçün qrant proqramı yenidən təşkil ediləcək

Özəl bağçalar üçün qrant proqramı yenidən təşkil ediləcək
15.04.2025 15:45

"Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi" çərçivəsində növbəti qrant müsabiqəsi elan ediləcək. Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib. 

İndiyədək bu müsabiqə çərçivəsində 1300 uşaq özəl bağçada təhsil almaq hüququ qazanıb. 

Proqramın effektivliyi və ictimaiyyət tərəfindən müsbət qarşılanması nəzərə alınaraq yay aylarında bu qrant proqramının yenidən təşkil edilməsi planlaşdırılır. Qeyd edilən qrant proqramında yalnız müvafiq lisenziyaya malik olan, Elm və Təhsil Nazirliyinin Məktəbəqədər Təhsil Müəssisələrinin İnformasiya Sisteminə (MTİS) qoşulmuş və uşaq qəbulunu //www.bq.edu.az/ (Məktəbəqədər Təhsil Müəssisələrinə Elektron Sənəd Qəbulu Sistemi) platforması üzərindən aparan özəl məktəbəqədər təhsil müəssisələri iştirak edə biləcəklər. Bu çərçivədə MTİS-ə hələ qoşulmamış və ya sistemə məlumatlarını tam şəkildə daxil etməmiş özəl məktəbəqədər təhsil müəssisələrinin bunu etmələri zəruridir. MTİS sisteminə qoşulma və sistemə məlumatların tam və düzgün şəkildə daxil edilməsi özəl məktəbəqədər təhsil müəssisələri üçün hüquqi öhdəlikdir.

MTİS sisteminə qoşulma və ya qrant proqramında iştirakla bağlı suallar olduğu təqdirdə özəl məktəbəqədər təhsil müəssisələri əlaqə nömrələrini göstərməklə [email protected] email ünvanına müraciət edə bilərlər.

 "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda məktəbəqədər təhsil sahəsində alternativ təhsil və maliyyələşmə modelləri tətbiq edilməklə məktəbəqədər təhsilə cəlb edilmiş uşaqların 1-5 yaşlılara nisbətinin 50 faizə çatdırılması nəzərdə tutulub. Bu məqsədlə həyata keçirilən mühüm fəaliyyətlərdən biri də özəl məktəbəqədər təhsil müəssisələrinin potensialından istifadə edilməsidir. 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu linklərə daxil olmayın - XƏBƏRDARLIQ
Cəmiyyət 23:47
Bu linklərə daxil olmayın - XƏBƏRDARLIQ
Leysan səbəbindən çaylarda sululuq artıb
Cəmiyyət 22:46
Leysan səbəbindən çaylarda sululuq artıb
Gəncədə gənc qadın dəm qazından zəhərlənib
Cəmiyyət 22:35
Gəncədə gənc qadın dəm qazından zəhərlənib
Bakıda külək güclənib, bəzi rayonlarda leysan yağır - FAKTİKİ HAVA
Cəmiyyət 21:38
Bakıda külək güclənib, bəzi rayonlarda leysan yağır - FAKTİKİ HAVA
Mehriban Əliyeva və Leyla Əliyeva körpələr evində olublar
Cəmiyyət 19:52
Mehriban Əliyeva və Leyla Əliyeva körpələr evində olublar
Bakıda bu bazarın ətrafında küçə ticarəti yığışdırılıb
Cəmiyyət 19:41
Bakıda bu bazarın ətrafında küçə ticarəti yığışdırılıb
Bulvarda dənizdə batan şəxsin meyiti tapılıb
Cəmiyyət 19:04
Bulvarda dənizdə batan şəxsin meyiti tapılıb
Əvəz Zeynallının azad edilməsi üçün məhkəməyə müraciət olunub
Cəmiyyət 18:53
Əvəz Zeynallının azad edilməsi üçün məhkəməyə müraciət olunub
Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər ifadə verib
Cəmiyyət 18:49
Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər ifadə verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol