Bu qurumlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib

Hesablama Palatası 5 audit yoxlaması ilə bağlı Baş Prokurorluğa, 2 audit yoxlaması ilə bağlı isə Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edib. Bu barədə Palatanın rəsmi saytında yerləşdirilən hesabatda qeyd olunub.
Audit yoxlaması Dənizkənarı Bulvar İdarəsi və tabeliyində olan qurumlar, Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi ilə bağlı nöqsanlara görə Baş Prokurorluğa, eləcə də Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edilib.
Gülnar