Anar Kərimov başqa nazirlikdə eyni vəzifəni icra edəcək - Sərəncam

Prezident İlham Əliyevin Sərəncamları ilə Anar Mehman oğlu Kərimov əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilib və maliyyə nazirinin birinci müavini, həmçinin Himalay Qabil oğlu Məmişov maliyyə nazirinin müavini təyin edilib.
Himalay Məmişov hazırkı vəzifəsinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
Son xəbərlər
Daha çox 