Lənkəranda avtomobil kanala aşıb, xəsarət alan var

Lənkəranda avtomobil kanala aşıb.
APA-nın verdiyi xəbərə görə, hadisə axşam saatlarında Lənkəran şəhərinin Səttarxan küçəsində qeydə alınıb.
Lənkəran şəhər sakini,1987-ci il təvəllüdlü Ülkər Əsədovanın idarə etdiyi "Chevrolet" markalı nəqliyyat vasitəsi idarəetməni itirərək yol kənarındakı suötürücü kanala aşıb.
Sürücü xəsarət alaraq Lənkəran Rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 