Son bir gündə kart hesablarından 52 min manata yaxın vəsait oğurlanıb

Son bir gündə vətəndaşların kart hesabından 51559 manat vəsait oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.
"Aprelin 17-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 34427, 7050, 3970, 1500, 999, 830, 670, 500, 483, 303, 300, 250, 192, 85 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.", - məlumatda deyilir.
DİN bir daha vətəndaşları şübhəli zənglərə cavab verməməyi və kart hesablarındakı məxfiliyi bölüşməməyi tövsüyə edir.
Daxili İşlər Nazirliyi son bir neçə gün ərzində vətəndaşların kart hesablarından 300 min manatdan çox vəsait oğurlandığını açıqlamışdı.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox 