Hacı Vəliyevin həbs müddəti uzadılıb

Xətai rayon Məhkəməsində Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barəsində olan həbs qətimkan tədbirinin 2 ay uzadılıb. Bu barədə vəkil Aqil Layıc məlumat verib. Bununla bağlı bu gün Xətai rayon Məhkəməsində təqdimata baxılıb.
Aprelin 1-də Hacı Vəliyev barəsində 22 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdi.
Vəliyev Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 186.1-ci (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunur.
Aytac
Son xəbərlər
Daha çox 