• $ 1.7
  • € 1.9328
  • ₽ 2.0703
  • ₺ 0.0447
  • £ 2.2559

Madat Babayan Xocalı soyqırımında iştirak etdiyini məhkəmədə etiraf edib

Madat Babayan Xocalı soyqırımında iştirak etdiyini məhkəmədə etiraf edib
18.04.2025 20:16

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Madat Babayan Ermənistan silahlı qüvvələrinin tərkibində Xocalı soyqırımında iştirak etdiyini etiraf edib.

AZƏRTAC xəbər verir ki o, dindirilərkən 1992-ci il fevralın 25-də və 26-da Xocalıda olduğunu təsdiqləyib və deyib: “Bizi oraya dəstə rəhbərimiz aparmışdı. Adı Henrik Tamrazyan idi. Məqsəd o idi ki, azərbaycanlılar Xocalıdan çıxarılsın”.

O, Xocalıda bütün əmrləri “Xolostoy” ləqəbli Arkadi Şirinyanın verdiyini qeyd edərək bildirib: “Bizə isə əmrləri Vanik Petrosyan verirdi. Silahsız insanlara atəş açıb onların qətlə yetirilməsi əmrini Vanik verib. Vanik və Arkadi insanların barmaqlarını, meyitlərin qulaqlarını kəsirdilər”.

Babayan Xocalıya silahlarla gəldiklərini, zirehli texnikalardan istifadə edildiyini təsdiqləyib. Təqsirləndirilən şəxs silahsız insanların qətlində iştirakını etiraf edib və deyib: “Səhv etmişik”.

O, Xocalıda aralarında uşaqların, qocaların və qadınların da olduğu təxminən 150 meyit gördüyünü, meyitlərin erməni hərbçiləri tərəfindən maşınlara yığılaraq aparıldığını bildirib.

Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi aprelin 21-də davam etdiriləcək.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda silah-sursat aşkarlanıb
Cəmiyyət 13:23
Bakıda silah-sursat aşkarlanıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:20
Sabahın hava proqnozu
Övladlığagötürmə ilə bağlı yenilik
Cəmiyyət 12:21
Övladlığagötürmə ilə bağlı yenilik
Bu qurumun işçilərinin sayı artırılıb
Cəmiyyət 12:19
Bu qurumun işçilərinin sayı artırılıb
“e-mühasibat” informasiya sistemi haqqında əsasnamə təsdiq ediləcək
Cəmiyyət 11:39
“e-mühasibat” informasiya sistemi haqqında əsasnamə təsdiq ediləcək
Qubada qaya parçaları yola düşüb,ləndlərlə əlaqə kəsilib - Video
Cəmiyyət 11:10
Qubada qaya parçaları yola düşüb,ləndlərlə əlaqə kəsilib - Video
Ötən gün Bank kartlarından 21 min manatdan çox pul oğurlanıb
Cəmiyyət 10:58
Ötən gün Bank kartlarından 21 min manatdan çox pul oğurlanıb
Ötən gün itkin düşən 8 nəfər tapılıb
Cəmiyyət 10:30
Ötən gün itkin düşən 8 nəfər tapılıb
AQTA toyda baş verən zəhərlənmə ilə bağlı araşdırmaya başlayıb - Yenilənib
Cəmiyyət 10:05
AQTA toyda baş verən zəhərlənmə ilə bağlı araşdırmaya başlayıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol